azia.az
azia.az

“Ayan” MMC qanunsuz olaraq əcnəbiləri işə götürür…- Şirkətin “Qızıl Quyu” limonadları insan orqanizmi üçün ziyanlıdır İDDİA

21-11-2021, 14:12

“Ayan” MMC qanunsuz olaraq əcnəbiləri işə götürür…- Şirkətin “Qızıl Quyu” limonadları insan orqanizmi üçün ziyanlıdır İDDİA
Miqrasiya Dövlət Xidməti hara baxır ?

MMC günəbaxan tumlarını Krasnodarda kimdən alır ?

Kiflənmiş “Beloçka” tumları…

Qoşqar Təhməzli hara baxır ?

Cənab Prezidentin sahibkarlığın inkişafına göstərdiyi qayğı hər kəsə məlumdur.
Bu gün ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar güzəştli kreditlərlə təmin olunur, vergi və gömrük rüsumları aşağı salınır, amma…
Əmması odur ki, bəzi iş adamları yaradılan münbit şəraitindən sui-istifadə edərək istehlakçıları aldadır, onlara keyfiyyətsiz məhsul təqdim edir, süni qiymət artımı yaradır və s .
Cənab prezident sahibkarlara dəfələrlə deyib ki, ölkədə süni qiymət artımı yaratmayın.
Söhbət təkcə qiymətdən getmir ee, ümumiyyətlə, ölkənin müharibə vəziyyətində olduğu çətin dönəmdə vətəndaşa problem yaratmaq dövlətə zərbə vurmaq deməkdir.
Belə şirkətlərdən biri də “Ayan” MMC-dir.
Məlumat üçün qeyd edək ki, sözügedən şirkət 2005-ci ildə təsis edilib.
"Ayan" MMC Azərbaycanda qida məhsullarının istehsalı, emalı və ixracı ilə məşğuldur. Şirkət "Beloçka", "Tək-Tək" ağ-qara günəbaxan tumlarının, "Beloçka" şirin-pendirli qarğıdalı çubuqlarının emalı, qablaşdırılması, satışı, həmçinin "Qızıl Quyu" limonadlarının istehsalı ilə məşğuldur.
Şirkət gilənar, tərxun, qızılgül, zirinc, üzüm, feyxoa, limon və digər meyvələrin şirəsini qablaşdırır.
Öncə tum məsələsinə nəzər salaq.
İlk öncə şirkətin sahibindən soruşmaq lazımdır ki, Azərbaycanda sizin istehsalınız üçün lazım olan günəbaxanın heç 1 faizi də yoxdur.
Deməli, xammalı kənardan alırsınız.
Amma demirsiniz ki, şirkət üçün lazım olan bütün xammal Krasnodardan gətirilir.
“Ayan” MMC orada kimlə və hansı şərtlərlə müqavilə bağlayıb ?
Vasitəçilik edən iş adamı ermənidirmi ?
Biz demirik bunu, sadəcə, sizdən cavab gözləyirik.
Mediada yayılan məlumata görə, tumların qurudulması işi düzgün qaydada həyata keçirilmir. Daha doğrusu, tumlar nəm olaraq qablaşdırılır. Lazım olan temperaturda qurudulmur və ya daha yüksək temperaturda qurudularaq keyfiyyətsiz hala salınır. Buna görə də hava keçirməz qablara yığıldıqdan sonra kiflənir. Bu isə insanların zəhərlənməsinə yol açır. Qurudulmayan tumların istifadəsi isə daha ciddi təhlükəyə, yəni uşaqlarda və böyüklərdə bağırsaq çöplərinin yaranmasına səbəb olur ki, məhz bu virus digər xəstəliklərə yol açır. Bir neçə dəfə "Beloçka" tumlarından zəhərlənmə halları qeydə alınıb.
Şirkət tumlar vasitəsilə hətta “qumar” oyunu da keçirir.
Yəni "Ayan" MMC istehsal etdiyi "Beloçka" tumları vasitəsilə qanunsuz uduş kampaniyaları həyata keçirir.
Bu kampaniya da başdan ayağa maxinasiyadır.
Yəni, şirkət kampaniya adı altında istehlakçıları aldadır. Belə ki, alıcılar müvafiq balları toplayıb "Beloçka" tumlarını aldıqları dükanlara təqdim edirlər. MMC-nin satış şöbəsinin əməkdaşları isə yığılan balların qarşılığında dükan sahiblərinə hədiyyələri vermirlər. Onlar günü günə sataraq istehlakçıların hüquqlarını pozurlar.
İndi isə keçək, MMC-nin istehsal etdiyi "Qızıl Quyu" limonadları məsələsinə…
Bu limonadların keyfiyyətində bir sıra problemlər var: "Qızıl Quyu" limonadlarının tərkibi keyfiyyətli deyil. "Yeyinti məhsulları haqqında" Qanuna görə, məhsulun tam tərkibi onun üzərində göstərilməlidir. Suyun saxlanma müddəti, buraxılma tarixi etiketdə yazılmalıdır. "Qızıl Quyu" limonadlarının istehsalı zamanı isə qanunun tələblərinə əməl olunmur. Bu limonadların hazırlandığı sexlərdə antisanitariya şəraiti baş alıb gedir və standartlara riayət edilmir".
Yaxşı bütün bunlar ortada olduğu halda Qida Təhlükəsizliyi Agentliyi hara baxır ?
Bu barədə növbəti yazıda.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mvqeyini dərc etməyə hazırıq!: My Webpage
Teref.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi