azia.az
azia.az

Ermənistan Azərbaycanın təklifinə CAVAB VERDİ

5-11-2021, 00:09




Ermənistan Azərbaycanın təklifinə CAVAB VERDİ
Regional əməkdaşlıq formatları Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupu həmsədrlərinin himayəsi altında aparılan danışıqlar prosesini təkrarlamamalıdır.

Azia.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorqyan deyib.

Nazir müavini bildirib ki, regionda vəziyyət dəyişir, üçmərhələli qarşılıqlı fəaliyyət formatları yaradılır:

“İrəvan müxtəlif platformalarda, o cümlədən “3+3” formatında regional məsələlərin müzakirələrində iştirak etmək təklifləri alıb. Daxil olan bütün təkliflər müzakirə olunur və konkret qərarlar barədə danışmaq hələ tezdir. Bütün riskləri və perspektivləri ölçüb-biçmək, bu məsələyə vahid yanaşma nümayiş etdirmək zəruridir”.

Qeyd edək ki, “3+3” (Azərbaycan-Gürcüstan-Ermənistan və Türkiyə-Rusiya-İran) formatında əməkdaşlıq təklifini Bakı və Ankara irəli sürüb. / Axar.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi