Sülhməramlıların olduğu ərazilərdəki vəziyyət necədir? - Zakir Həsənov müşavirə keçirdi
Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə dövlət sərhədi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki hazırkı vəziyyət təhlil edilib.
Bu barədə Anews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Toplantıya müdafiə naziri general-polkovnik Zakir Həsənov rəhbərlik edib.
Nazir, Azərbaycan Ordusunda qoşunların hazırlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin döyüş hazırlığı və ayıq-sayıqlığının daim yüksək səviyyədə saxlanılması, onlara təhlükəsizlik qaydalarının çatdırılması və bu qaydalara əməl olunmasına ciddi nəzarət edilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.