Nasist qadın 96 yaşında axtarışa verildi: 11 mindən çox insanın qətlində suçlanır
Almaniyada nasist cinayətkar olduğu deyilən, İrmqard Furxner adlı 96 yaşlı qadın axtarışa verilib.
Azia.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Zeit” qəzeti məlumat yayıb. Həmin qadın Hitler Almaniyası dövründə konslagerlərdə saxlanılan 11,4 min yəhudinin, polşalının və sovet əsirlərinin kütləvi şəkildə qırılmasında iştirakda suçlanır.
Məhkəminin ilk, hazırlıq iclasından sonra yaşlı qadın yoxa çıxıb. Onu sonuncu dəfə bir metroda görüblər. İndi onu bütün alman polisi axtarır.
İrmqard Furxner 18 il Polşada yerləşən Ştuttqof konslageri komendantının katibəsi işləyib. 1939-cu il sentyabrın 2-dən 1945-ci ilin may ayının 9-na qədər burada 65 mindən çox insan qətlə yetirilib. Bəhs edilən qadın orada stenoqrafçı kimi çalışaraq nəzarətçilərə əsirləri sistematik şəkildə öldürmələrinə yarıdm göstərib. Nasist cinayətkar ölüm faktlarından xəbəri olmadığını iddia edir.
Qeyd etmək lazımdır ki, bu ilin avqustunda Almaniyada faşizimin hakimiyyətdə olduğu zamanlarda, Berlin yaxınlığında yerləşən konsentrasiya düşərgəsində “SS” dəstəsinin tərkibində mühafizəçi olaraq çalışan 100 yaşlı bir vətəndaşa ittiham irəli sürülüb.
Onun 1942-1945-ci illərdə Zaksenhauzen düşərgəsində 3518 insanın qətlində əli olduğu bildirilir.Musavat