azia.az
azia.az

Türkiyə Ordusu düşmənə ağır zərbə vurub

18-09-2021, 08:40


Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Qara ərazisində PKK terrorçularının mövqelərinə hava zərbələri endirib.
Türkiyə Ordusu düşmənə ağır zərbə vurub
Məlumata görə, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, hava zərbələri nəticəsində təşkilatın 6 terrorçusu məhv edilib.

"Türkiyə ordusu son döyüşçünün məhv edilməsinə qədər PKK terrorçularına qarşı mübarizəni davam etdirəcək", - xəbərdə vurğulanır.

Qeyd edək ki, 1984-cü ildə yaradılan PKK təşkilatının terrorçuları Türkiyənin təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşını və 6 800 dinc sakini qətlə yetiriblər.

ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatları siyahısına daxil edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi