azia.az
azia.az

Türkiyə ordusu əməliyyata başladı: Daşı-daş üzərində qoymadı

5-06-2021, 12:38


Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Zap və Avaşin-Basyan rayonlarında PKK terror təşkilatının mövqelərinə zərbələr endiriblər.
 Türkiyə ordusu əməliyyata başladı: Daşı-daş üzərində qoymadı
Azia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində 3 terrorçu zərərsizləşdirilib.

Bununla yanaşı, Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pençe-Şimşek” əməliyyatı zamanı daha 2 terrorçu zərərsizləşdirilib.

Qeyd edilir ki, terrorçular Türkiyə Hərbi Qüvvələrinin mövqelərinə atəş açıblar. Onlar cavab atəşi ilə zərərsizləşdiriliblər.

Qeyd edək ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə terror aktları həyata keçirirlər.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi