azia.az
azia.az

Mikayıl Cabbarov iki nazirlikdə çalışan müşavirini direktor göndərdi (ÖZƏL)

16-09-2021, 09:31

Mikayıl Cabbarov iki nazirlikdə çalışan müşavirini direktor göndərdi (ÖZƏL)
İqtisadiyyat naziri Mikayıl Cabbarov sabiq müaşvirinə yeni vəzifə verib.

Azia.az-ın əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə Abdulla Tağıyevə nazirliyin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin direktor vəzifəsi həvalə edilib.

Bu ilin iyul ayında sözügedən MMC-nin direktoru vəzifəsindən azad edilən Fərid Cəfərov isə Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müaşviri təyin olunub.

Qeyd edək ki, Abdulla Tağıyev İqtisadiyyat naziri Mikayıl Cabbarovun Təhsil və Vergilər nazirliklərində müşaviri olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi