azia.az
azia.az

Bakıda taksi sürücülərinin yer üstündə davası ölümlə nəticələndi

9-09-2021, 12:24

Bakıda taksi sürücülərinin yer üstündə davası ölümlə nəticələndi
Bakıda taksi sürücülərinin yer üstündə dava etməsi ölümə səbəb olub.

Azia.az xəbər verir ki, “oxu.az”ın Binəqədi Rayon Prokurorluğundan əldə etdiyi məlumata görə, Nizami Ağayev digər taksi sürücüsü Yaşar Ağayevlə avtomobilin saxlanma yeri üstündə mübahisə edib.

Nəticədə onlar arasında dava baş verib.

Dava zamanı Y.Ağayev N.Ağayevi yerə yıxıb. Hadisə nəticəsində N.Ağayev aldığı xəsarətlərdən vəfat edib. Y.Ağayev saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi