Daha 13 ölkənin vətəndaşları Azərbaycana səyahət edə bilər
![]()
Daha 13 ölkənin vətəndaşları sabahdan etibarən Azərbaycana gələ biləcək.
"Azia.az" xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları (AZAL) məlumat yayıb.
Bildirilib ki, qərara əsasən, sentyabrın 6-dan hava nəqliyyatı vasitəsilə Çin, Estoniya, Finlandiya, Fransa, Honq-Konq (ÇXR), Xorvatiya, İslandiya, İtaliya, Latviya, Litva, Malayziya, Səudiyyə Ərəbistanı Krallığı və Yaponiya vətəndaşlarına, həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə Azərbaycana giriş-çıxış üçün icazə verilir.