Bu amillər yoxsulluğa səbəb olur – bunlardan uzaq olaq
Hədislərimiz bizə yoxsulluğa səbəb olan bəzi amilləri tanıtmışdır ki, onlarla tanış olaq:
1. Pis əxlaq. İmam Əli (ə) buyurur: "Hər kim pis əxlaqlı olarsa, ruzisi azalar".
2. Yalan. Peyğəmbərimiz (s) buyurur: "Yalan, ruzini azaldar".
3. Zina etmək. Həzrət Peyğəmbər (s) buyurur: "Zinanın altı təsiri vardır: üçü dünyadadır və üçü də axirətdə. Dünyada olan üç təsiri budur ki, abırı aparar, ölümü tezləşdirər, ruzini aradan aparar. Axirətdə olan üç təsiri budur ki, çətin hesab verər, Rəhman Allahı qəzəbləndirər və atəşdə qalıcı olar".
4. Zəkatı verməmək. İmam Sadiq (ə) buyurur: "Nə zaman zəkat verilməz - yoxsulluq və ehtiyac üzə çıxar".
5. Xəyanət. İmam Kazım (ə) buyurur: "Xəyanət və yalan danışmaq yoxsulluq və nifaqa səbəb olar".
6. Günahların aşkar olması. İmam Əli (ə) buyurur: "Nə zaman günahlar aşkar olar, bərəkətlər aradan gedər".
7. Günah. İmam Səccad (ə) buyurur: "O günah ki, əzabın nazil olmasına səbəb olar, ibarətdir: insanın agah şəkildə zülm etməsi, insanların haqqına təcavüz etmək, onları məsxərə etmək və ələ salmaq".
8. Tənbəllik. İmam Əli (ə) buyurur: "O zaman ki, əşyalar bir-biri ilə evləndilər, tənbəllik gücsüzlük ilə evləndi və onlardan yoxsulluq dünyaya gəldi".
9. Günəş çıxmazdan əvvəl yatmaq. İmam Əli (ə) buyurur: "Səhər yuxusu xəcalətvericidir. Ruzinin aradan getməsinə, çirkinliyə və üzün saralmasına səbəb olar. Allah ruzini fəcr ilə günəş çıxması arasında bölər. Bu zaman yatmaqdan çəkinin".
10. Proqrama malik olmamaq. İmam Əli (ə) buyurur: "(Proqrama malik olmamaq), qazancını ölçməmək yoxsulluğa səbəb olar".
11. Əmanətə xəyanət etmək. Həzrət Peyğəmbər (s) buyurur: "Əmanətdarlıq - ehtiyacsızlığa, xəyanət isə yoxsulluğa səbəb olar".
12. Müsəlman qardaşın haqqını verməmək. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim müsəlman qardaşının haqqından nəyisə saxlayar və ona verməzsə, Allah ruzinin bərəkətini ona haram edər, məgər əgər tövbə edərsə". (Hədənə)
Allah Təala bizləri bu xislətlərdən uzaq etsin!