azia.az
azia.az

Əzizə İsmayılova "Antenn"dən getdi

1-09-2021, 11:58

Əzizə İsmayılova "Antenn"dən getdi
Jurnalist Əzizə İsmayılova radio "Antenn" 101 FM-lə yollarını ayırıb, bu barədə jurnalist sosial şəbəkə hesabında məlumat verib.

"Radiolarda mövsümün başladığı bir vaxtda mən bitirdim! 2 gün əvvəl radio "Antenn"lə yollarımı ayırdım. Ərizəmi yazdım. Artıq "Azadlıq 189" ünvanında mən yoxam və olmayacam. Heç vaxt inanmazdım ki, 12 il canla-başla işlədiyim sevimli işimin başına dönməkdən öz istəyimlə İMTİNA edə bilərəm... Səbəblər çoxdur. Hələlik, tək bircə şey deyə bilərəm: bu qərarı vermək mənim üçün nə qədər çətin idisə, iki, o qədər də qaçılmaz idi. Eks antennçilər məni yaxşı başa düşər. Hər işdə bir xeyir var", deyə Ə.İsmayılova qeyd edib.

Əzizə İsmayılova 12 ildir radio Antenn də radio aparıcısı kimi fəaliyyət göstərib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi