azia.az
azia.az

Südün sağılmasına dair TARİXİ SÜBÜTLAR

25-07-2021, 13:20


Südün sağılmasına dair TARİXİ SÜBÜTLAR
Südün sağılmasına dair TARİXİ SÜBÜTLAR

Bəzi ölkələrdə bir neçə min il əvvəl iribuynuzlu heyvanların sağılmasına dair dəlillər var.

Britaniyada eramızdan 4 min il əvvələ aid olan qədim neolitik qablar aşkarlanıb. Alimlər qablarda parçalanmış yağların analizini aparıblar. Elm adamları İngiltərə və Şimali Avropadakı neolotik əkinçilərin ilkin dövrlərdə süd istehlak edən insanlar olduğu qənaətinə gəliblər. Məlumatlara görə, Avropa cütçülərinin südçülük fəaliyyəti hələ 6000 il əvvəl başlamış ola bilər. Alimlərin fikrincə, südü həzm etmək qabiliyyəti eramızdan əvvəl 5000-4000-ci illər arasında yavaş-yavaş qazanılıb.

Digər məlumatlara görə, eramızdan əvvəl 8000-ci ildə Mesopotamiyada iribuynuzlu heyvanların əhliləşdirilməsinə dair dəlillər var. Eramızdan əvvəl 3000-ci illərdə inəklərin südünün sağılması qədim Şumer sivilizasiyasının əsas hissəsi olub. Arxeoloji dəlillər göstərir ki, qədim şumerlər inək südü içiblər, onlar inək südünü pendirə və yağa çevirə bilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi