RED BULL şirkəti iflasa uğrayıb?- Şirkət böhrandan çıxmaq üçün satışa çıxarılıb ?
RED BULL şirkəti 1 aydır satışını sıfırlayıb.
Nə baş verir?
Energetik içkilər son 20 ildə demək olar ki, Azərbaycan insanını əməlli-başlı “məst” edib.
Təsəvvür edirsiniz, səhər, günorta, axşam yolda, avtomobilin sükanı arxasında, məktəbin yanında, kafedə, avtobusda və daha haralarda energetik içki içənlərlə rastlaşırıq.
İstifadə edənlər də cavan, qoca, yaşlı, məktəbli, qadın, kişi, bir sözlə, geniş istehlakçı təbəqəsi.
Oxucuların nəzərinə çatdırım ki, nəinki energetik içkilər, hətta FANTA, COCO COLA kimi adi içkilər 1983- cü ildə Bakıda olmayıb. Yəni SSRİ-nin dağılması ilə bu içkilər elə surətlə süfrəmizə daxil oldu ki, adam şoka düşür.
Sonra isə energetik içkilər ölkəmizə ayaq açdı, əslində cəmiyyəti zəbt elədi.
Bu gün Azərbaycanda energetik içki bazarının 75 faizini RED BUL tutur.
Bu içkinin zərəri barədə kifayət qədər yazılıb. Sonsuzluğa səbəb olması, ürək üçün ziyanı, avtoqəzalarda rol oynaması, adamları uçurtması və daha nələr barədə yazılmayıb. Amma nə olsun.
Bu bir fəlakət kimi cəmiyyəti bürüyüb. Bu barədə dəfələrlərlə ölkə parlamentində də məsələ qaldırılıb. Amma RED BUL-un arxasında dünyadakı böyük biznes gücləri dayanır.
Bəli, yüz minlərlə, bəlkə də milyonlarla istifadəçini asılı vəziyyətə salan şirkət müəyyən müddət içkini əlçatmaz edir. Və bir müddətdən sonra qiymətləri qaldırır. Bu proses son bir neçə ildə dəfələrlə baş verib.
Gundelik-baku.com-a daxil olan məlumata görə, son günlər satış məntəqələrində 1 aydır ki, RED BUL defisit olub.
Deyilənlərə görə şirkət yenidən qiymətləri qaldırmaq istəyir.
Azərbaycanda onsuz da ən bahalı energetik içki RED BUL-dur. Görəsən bu şirkət Azərbaycanda istifadəçiləri istismar etməkdən doymur ? Axı, nə qədər süni qiymət qaldırmaq olar ?
Gundelik-baku.com-un redaksiyasına daxil olan məlumata görə, şirkət dünyada yaranan ümumi böhrandan çıxmaq üçün hətta öz brendini satmağa hazırlaşır.
İstənilən halda dünyada “öküz sperması” kimi məşhur olan RED BUL-un gənclərimizə vurduğu ziyan barədə yenidən düşünmək lazımdır.