Azərbaycan Ordusu 3 istiqamətdə irəliləyir
Azərbaycan Ordusu cənub cəbhəsində üç istiqamətdə irəliləyir: cənub-şərqdə Hadrut, mərkəzdə Şuşa və cənub-qərbdə Ermənistan sərhədinə yaxın Laçın dəhlizinə doğru.
Azia.az xəbər verir ki, bunu Fransanın “Le Monde” qəzetinin reportyoru Remi Urdan Dağlıq Qarabağdan hazırladığı reportajda bildirib.
“Son iki nöqtədən birində qazanılan qələbə Xankəndidən Ermənistana aparan strateji yolun ələ keçirilməsi deməkdir. Bundan başqa, Şuşanın ələ keçirilməsi aşağıda yerləşən “paytaxt”ın təkcə arxa cəbhədən məhrum olmasına deyil, həm də yüksəkliklərdən top atəşi üçün asan bir hədəfə çevrilməsinə gətirib çıxarar. Azərbaycanlıların Laçın dəhlizində və Şuşadakı qələbəsi müharibədə dönüş nöqtəsi və ya həlledici məqam olacaq”, – reportyor bildirib.axar.az