Ermənilərin “müqəddəs ata”sı ordumuz tərəfindən zərərsizləşdirildi - FOTO
Azərbaycan Ordusu 31 yaşlı Qeqard Hovannisyan adlı ön cəbhədə vuruşan keşiş hərbçini yaralayıb.![]()
Bu barədə xəbəri Ermənistan mətbuatı Tavuş yeparxiyası tərəfindən verilən məlumat əsasında yayıb.
Məlumatda bildirilir ki, ermənilərin “müqəddəs ata”sı 2016-cı ildəki dörd günlük aprel döyüşlərində də iştirak edib. Həmçinin, Hovannisyanın əmisi oğlunun daha əvvəl Azərbaycan Ordusu ilə döyüşdə məhv edildiyi bildirilib.![]()
Qeyd edək ki, Qriqoryan kilsəsi dəfələrlə sülhə çağırış edən açıqlamalar yaysa da, erməni din xadimlərinin müharibədə fəal şəkildə iştirak etdiyinə dair məlumatlar və faktlar var. Bu fakt da onlardan biridir.