azia.az
azia.az

DSX-da tender əməliyyatları... Maddi-Texniki Təminat Baş İdarəsində nələr baş verib?

28-05-2020, 12:44




DSX-da tender əməliyyatları... Maddi-Texniki Təminat Baş İdarəsində nələr baş verib?

Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının Dövlət Sərhəd Xidmətində (DSX) keçirdiyi əməliyyat nəticəsində ciddi rüşvət faktları ortaya çıxdı. DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri həbs edildi.

Bizimxeber.az-ın elektron ünvanına göndərilən olduqca maraqlı və araşdırlma tələb edən faktları təqdim edirik . Bu məlumatlarda DSX-da keçirilən tenderlərlə bağlı kifayət qədər ciddi faktlar yer alır. Redaksiyanın elektron poçt ünvanına daxil olan məlumatda iddia edilir ki, DSX-nın Maddi-Texniki Təminat Baş İdarəsinin nəzdində yaradılan tender komissiyası ciddi qanun pozuntuları ilə məşğul olub.

Bildirilir ki, DSX-nın Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant İsmayıl Əkbərov olsa da, idarəni faktiki olaraq onun müavini general Cavid Abdullayev və Cəlal Qasımov adlı polkovnik öz nəzarətində saxlayır. İddiaya görə, tenderlərdə Cəlal Qasımovun “rəyi” olmasa heç bir şirkət qalib ola bilməz.

DSX-da keçirilən əməliyyata baxmayaraq, bu gün də tenderlər ənənəvi qaydada həyata keçirilir. Hətta polkovnik Qasımov özündən o qədər arxayındır ki, idarəyə görüşə gələn müəssisələrin rəhbərlərinə açıq şəkildə “vur ikiyə, böl üçə” deyərək “şapka” tələb edir. Sövdələşmə baş tutmayanda “sənin təklif etdiyin məhsullardan nə çoxdur” deyib yola salır.

İddiaya görə, Cəlal Qasımovun tenderlərin qalibi elan etdiyi şəxslərin DSX-ya verdiyi hərbi və mülki texnikaların ehtiyat hissələri Çin və Dubaydan gətirilir. Dövlət qurumları tərəfindən araşdırma aparılacağı təqdirdə bunu asanlıqla müəyyən etmək olar.

Bundan başqa, bildirilir ki, polkovnik Qasımovun biznes ortaqları ölkədə və offşor zonalarda qurduqları MMC-lər vasitəsi ilə “Amazon.com” onlayn alış-veriş platforması vasitəsilə Çindən topdan satın alınan, eləcə də Dubayda istehsal edilən və ya dəstləşdirilən məhsulları Sərhəd Qoşunlarına şişirdilmiş qiymətlərlə sırımaqda davam edirlər.

DSX Sahil Mühafizəsinin istifadəsindəki Almaniya istehsalı olan komperessorların, Fransa istehsalı olan dalğıc avadanlıqları üçün alınan filtirlərin mənşə ölkəsi araşdırılarsa, bu şəxslərin öz maddi maraqları naminə su altında əməliyyatlar aparan heyətin həyatının hansı təhlükəyə atıdqlarını üzə çıxarar.

Məlumatlarda həmçinin kater və gəmilərin harda və hansı şərtlər altında təmir olunması faktları da yer alır. Məlumatlarda Cavid Abdullayevlə bağlı da maraqlı məqamlar var.

Yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Vahid Məmmədov
Bizimxeber.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi