Hacı Ramiz Abşeronu çörəksiz qoydu - Karantindən sui-istifadə edən monoplist sahibkar qiymət artırır(İDDİA)
Abşeron rayonunda çörəy monopliyasnı əlinə alan Hacı Ramiz kimi tanına sahibkarla bağlı narazılıqlar var.
Bu barədə Azia.az-a məlumatlar daxil olub.
Bildirilir ki, Hacı Ramiz illərdi çörək biznesi ilə məşğul olmasına baxmayaraq Abşeron rayonunu çörəksiz qoyub. İddia edilib ki, həci çörəyin qiymətini qaldırmaq üçün karantin rejimindən sui-istifsdə edir.
Oda iddia olunub ki, Xırdalanda “Hacı Ramizin çörək sexi” kimi tanınan sexdə natimizlik və neqativ hallar da baş alıb gedir. Bunu baxmayaraq həci yüksək çinli himayədarı sayəsində həm çorək monopoliyasın əlində saxlaya bilr, həmdə hörmət edilən sahibkar kimi etdiyi qanunsuzluqlara görə toxunulmaz olaraq qalır.
Beləki, əldə edilən məlumata görə sexə gətrilən unun təmizlənməməsi, qalıq çörəklərin yenidən hazırlanıb satışa verilməsi, işçiləri günəmuzd işlədilməsi, bişirilən çörəklərin qanunla nəzərdə tutulan qramından az olması, satışa buraxılan məhsulun içindən yad cisimlərin çıxması alıcılarda kütləvi narazılıqlar yaradıb. İddiaya görə, neqativ vəziyyətlə dolu sexdə vergidən yayınma və əmək müqavilələrin bağlanmaması ciddi hallardan biridir.
Bir sözlə Həci Ramizə prezidentin göstərişləri və sərəncamları çatmır.
İddiaya görə, İnsan əməyindən geniş istifadı edən iş adamı Hacı Ramiz rəhbəri olduğu sexdə, işlətdiyi insanların həyatını təhlükəyə atmaqdadı. Onlarla insanı isti, soyuq bilmədən sexdə əmək - suğortası olmadan işlətməsi hörmətli hacinın qanunlara hörmətsiz yanaşması kimi də qəbul edilə bilər...
Hacı Ramizin Xırdalandakı çörək sexində - günəmuzd işçilər və qanunsuzluqlar bununla bitmir.
Qeyd edək ki, “Hacı Ramizin çörək sexi” kimi tanınan müəssə ilə bağlı araşdırmalar aparıldıqdan sonra daha dolğun məlumat verməyə çalışacağıq. "teref.az"