Sumqayıtlı deputatın Novruz təbriki
Məlum olduğu kimi Azərbaycan və bir çox türkmillətli ölkələrdə yazın gəlişi bayram kimi qeyd olunur. Artıq ölkəmizdə bahar fəslidir. Bu o deməkdir ki, Novruz adlanan çoxəsrlik el bayramı da evlərimizə qədəm qoyub.
44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilmiş Müşfiq Məmmədli Novruz bayramı münasibətilə xalqa təbrik ünvanlayıb.
Sumqayitfakt.Az deputatın təbrik sözlərini təqdim edir:
"Doğma Azərbaycanımızın Novruz bayramını təbrik edir, xalqımıza cansağlığı, milli ideyalarımızın həyata keçməsində əzm və fədakarlıq arzu edirəm.
Novruz bayramı Çin, Orta Asiya, Qafqazlardan tutmuş, İran, Türkiyə, Mesopatamiyada yaşayan xalqların həyatında yenidən doğuşun, böyük ümidlər bəslənən Yeni günün simvoludur.
Qoy qədim , zəngin tarixi ənənələri olan xalqımıza bu Novruz böyük uğurlar bəxş etsin.
Mən inanıram ki, xalqımızın və ölkə rəhbərimizin həmrəyliyi, bizim hər birimizin fədakarlığı nəticəsində, bütün çətinliklərin, pandemiyaların öhdəsindən layiqincə gələcəyik.
Novruz bayramının fəlsəfəsində olan ümidli, xoş, firavan, Yeni günlər xalqımıza, dövlətimizə uğur gətirsin!"