azia.az
azia.az

İlaxır çərşənbə:Müqəddəsliyin bayramı

14-03-2017, 08:53

İlaxır çərşənbə:Müqəddəsliyin bayramı


Bu gün İlaxır çərşənbədir. Qarşıdan isə Novruz bayramı gəlir. Novruzun gəlişi baharın gəlişi deməkdir. Təbiətin oyanması, hər yerin yaşıllaşması, ağacların tumurcuqlaması, təbiətin öz yaşıl libasını geyinməsi- bir sözlə Bahar...

Novruzdan əvvəl onun simvolu olan 4 çərşənbəni qeyd edirik: Su, Od, Yel və bu gün sonuncusu ilaxır çərşənbəsi sayılan Topraq çərşənbə.

Çərşənbələrdə hər kəs bir-biri ilə bayramlaşır, evlərdə plov dəmlənir, bayram süfrəsi açılır, tonqal qalanır, səməni cücərdilir. Və hər kəs müqəddəs çərşənbələri yüksək əhval-ruhiyyə ilə qarşılayır.

Sonuncu çərşənbəmiz Torpaq xüsusilə fərqlənir... Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gələrək sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılışı mifindən qaynaqlanır.

Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma kimi adət -ənənələrdən əlavə fala baxmaq və bir çox adət ənənələr qorunur.

Novruz bayramı bir çox türkdilli və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Cənubi Azərbaycanda qeyd edilir. Novruz bayramı, birlik, qardaşlıq bayramı, xalq şənliyidir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab edib, onu bolluq, bərəkət və firavanlığın rəmzi kimi qəbul edib.

Cebhe.info və "Cümhuriyət" qəzeti xalqımızın bayramını təbrik edir, növbəti bayramın işğaldan azad edilmiş torpaqlarımızda qeyd edilməsini arzulayır.

Bayramınız mübarək!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi