azia.az
azia.az

“KORONAVİRUS, YOXSA OYUN?

3-03-2020, 15:33

“KORONAVİRUS, YOXSA OYUN?
COVİD-19, yəni yayğın adıyla koronavirus adlanan xəstəlik nə anlama gəlir?
Heyvan mənşəli olan və ilk dəfə 2019-cu ilin dekabrında görülən bu virusun yaratdığı psixoloji effekt, özünün effektindən qat-qat irəli getmiş durumdadır. Mənim də bu məqalədə durmaq istədiyim və daha vacib hesab etdiyim aspekt elə budur! Bu barədə bir az sonra. İndilik isə koronavirusun potensial simptomlarına nəzər yetirək:

Nəfəs problemləri və soyuqdəymə
Qızdırma
İştahsızlıq və çəki itkisi
Halsızlıq
Qarın bölgəsinin şişməsi
Görmə problemləri
İmmunitet problemləri
Ümumi psixoloji durumda dəyişiklik və neqativlik

Fikrimcə, sadalanan bu əlamətlərdən sonuncusu, digərlərinin hamsının bir yerdə yarada bildiyi nəticədən daha ciddi və daha önəmli məsələdir! Mövzu ilə bağlı öz izahımı çatdırım.
Koronavirusun yayılması ilə bağlı 2 əsas versiya ortaya çıxmışdır:
1-ci versiya-Çin dövləti və hakimiyyətinin öz oyunu. İnsanların inandığı əsas versiyalardan biri budur ki, sözügedən virus, Çinin özü tərəfindən, həddən çox olan və kontroldan çıxan əhalisini azaltmaq və beləliklə də, potensial xərcləri və problemləri önləmək məqsədilə dövriyyəyə buraxılıbdır.
2-ci versiya-ABŞ-ın oyunu. Sözügedən versiyaya görə, bunların hamsı, Amerika Birləşmiş Ştatlarının (və ya masonların) oyunudur və məqsəd də bütün dünyanı diz üstə qoymaq və çökdürmək, ABŞ-ın (və İsrailin) rəqiblərini sıradan çıxarmaqdır.
Birinci versiyanın ağlabatan və məntiqli olmadığını düşünmək üçün alim olmağa ehtiyac yoxdur. Adicə, elə 1 ay ərzində Çinə dəyən milyardlarca ziyan bunu deməyə əsas verir ki, heç bir dövlət və hakimiyyət, öz altını oymaq istəməz. Əhalisini azaltmaq istəsə belə, bu metoda baş vurması, elə ən əvvəl, iqtisadi cəhətdən effektiv yol deyil.
İkinci versiyaya qayıdaq; virusun yayılması ilə bağlı irəli sürülən komplo teoriyalarından (konspirologiya nəzəriyyəsi) ən "uzaqgedəni" budur ki, məqsəd, çoxqütblü dünya düzənini sıradan çıxarmaq və ABŞ-ın təkhakimiyyətliliyini təmin etməkdir. Baxmayaraq ki, bu, yetərincə inandırıcı versiya kimi görünür, amma, fikrimcə, bu versiyanı irəli sürənlərin əksəriyyəti, əhalini demoqrafik olaraq yoxa çıxartmağı nəzərdə tuturlar. Yəni, onların düşüncəsinə görə, ABŞ-ın əsas maneələrindən olan Çin, İran və s. ölkələrə bu virusu yaymaqla, qısa müddətdə milyonlarca, hətta on milyonlarca əhali qırılacaq və beləliklə də, həmin dövlətlər, avtomatik çökmüş olacaqdır. Lakin, dövlətləri çökdürmək üçün "virusa yoluxdurmaqla əhalisini qırmaq" taktikasının heç də rasional bir taktika olmadığını söyləmək lazımdır. Hər halda, ən azından, karantin və əks tədbirlər nəticəsində bu və digər virusların qarşısını almaq mümkündür və son bir ayda əsas mənbə ölkə olan Çində, virusun kontrol altında olması və uzaqbaşı cəmi bir neçə on min nəfərin ölməsi onu göstərir ki, bu yolla, əhalini qırmaq, o qədər də ciddi taktika hesab oluna bilməz. Deməli, məqsəd, əhalini qırmaqdan daha çox, əhalinin ÜMİDİNİ QIRMAQdır! Bəli, insanların gələcəyə olan gözləntilərini pessimistliyə kökləmək və beləliklə də, mənəvi və zehni olaraq passivləşdirməklə, mümkün inkişafa qatqılarını azaltmaq və həmçinin də, cəmiyyətlərdə üsyan və narazılıq atmosferini körükləməklə, yeni Suriyalar, ya da ən azından yeni İraqlar yaratmaq! Bəli, ən ağlabatan siyasət, elə bu ola bilər!
Doğrudur, bu, həm də iqtisadi olaraq ölkələri çökdürmək anlamına gəlir. İdxal və ixracın məhdudlaşması, səyahət və səfərlərin dayanması, özlüyündə bütün tip ölkələr üçün ciddi problem və itki deməkdir. Cəmi 1 ay, hətta bəzən 1-2 həftə bu vəziyyətin davam etməsi yetərlidir ki, iqtisadiyyat, reqress vəziyyətinə gəlsin və son nəticədə əhalinin maddi və sosial rifahı və təhlükəsizliyi ciddi zəifləsin. Lakin, fikrimcə, əsas məqsəd, dünya əhalisinin ümidini qırmaq və pessimistləşdirməkdir. Sadəcə, bunu demək kifayətdir ki, virus xəbərlərinin ciddi olaraq yayıldığı son bir neçə həftə ərzində, az qala bütün dünyada əsas gündəm maddəsi, elə bu məsələdir. Adi insanından tutmuş, aliminə qədər, az qala hər kəs bu barədə düşünür, həyəcanlanır və versiyalar, fikirlər irəli sürür və bir-birilə paylaşır. Bu versiyalar, təbii olaraq, virusun insanlarda yaratdığı psixoloji təsirlə düz mütənasib olmalıydı. Ölüm-itimin mövzu bəhsi olduğu bir şəraitdə (eynilə digər virus patologiyalarında-quş qripində, donuz qripində və s.-də olduğu kimi) insanın 2 əsas sürükləyici instinktindən biri olan qorxu (digəri ümiddir) dürtüsü, maksimum hərəkətə keçəcək və fantaziya ilə birləşərək maksimum qorxunc və hətta bəzən ağlasığmaz fikir və teoriyaların ortaya çıxmasına rəvac verəcəkdi. (Xüsusən də indiki texnika və əlaqə əsrində və adi bir məlumatın çox sürətlə və xüsusi effektlə yayılması mümkün olduğu bir şəraitdə, bu, heç də çətin olmayacaqdı). Nəticə etibarilə, bu da, insanların bütün iş-güclərini və fəaliyyətlərini təsirləndirəcək və işlərinə daha az konsentrasiya olmalarına və daha az məhsuldar olmalarına səbəb olacaqdı. Nəzərə alanda ki, virusa qarşı alınan karantin və önləmlər, həm də, insanların toplu halında fəaliyyətini (müxtəlif elm, mədəniyyət, eləcə də istirahət toplantı və tədbirlərinin ləğv olunması və ya keçirilməməsi) və bir çox hallarda məhsuldarlığını birbaşa əngəlləyən nəticələr doğuran əlavə bir amildir.
Digər tərəfdən də, təbii ki, insanların pessimistliyi və gələcək vizyonlarının tutulması o deməkdir ki, onlar adi bir dalğalanmadan da təsirlənəcəklər və ən xırda bir məsələyə toplu refleks vermə ehtimalları da qat-qat çoxalacaqdır. Bu isə son nəticədə, ictimai qarışıqlıqların, mitinq və etiraz aksiyalarının, hətta bəzən də inqilabların baş verməsi üçün əlverişli zəmin yaradacaqdır. Nəticədə də onsuz da avtoritar və ya qeyri-demokratik sistemlə yönəldilən və əhalinin hakimiyyətdən narazı olduğu Çin, Rusiya, İran və s. ölkələrdə, kəskin çalxantıların və narazılıqların olması üçün əlavə şərtlər formalaşcaqdır. Özünə başı qarışan və daxili problemlərlə boğuşan ölkənin isə inkişaf perspektivi məhduddur! Suriyanı, İraqı misal göstərmək yetərlidir.


Emin Aydın Mirzəli,
sosiologiya üzrə fəlsəfə doktoru


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi