azia.az
azia.az

Prezident Əliyev Paşinyanın onsuz da zəif mövqeyini Münhendə darmadağın etdi...

16-02-2020, 13:43

Prezident Əliyev Paşinyanın onsuz da zəif mövqeyini Münhendə darmadağın etdi...
Aydın Quliyev:"Paşinyan Azərbaycan prezidenti ilə üz-üzə diskussiyanın növbəti raundunu da rüsvayçı məğlubiyyətlə başa vurdu"
img
Ötən il Valday klubunda və MDB-nin Aşqabad sammitində Qarabağ probleminin mahiyyəti ilə bağlı diskussiyalarda Prezident İlham Əliyev Paşinyana dalbadal iki sarsıdıcı zərbədən sonra, şərti yanaşsaq, üçüncü zərbəni Münhen Təhlükəsizlik konfransında endirdi.

Bu sözləri Bakı-xəbər.com-a siyasi şərhçi Aydın Quliyev deyib.
A. Quliyev bildirib ki Qarabağ probleminin həlli ilə bağlı panel müzakirədə Ermənistanın Baş naziri Paşinyan da iştirak etsə də ,maraqlı diskussiya başdan axıradək İlham Əliyevin məntiqli arqumentləri və əks-arqumentlərinə söykənən hücum şəraitində keçib. Zalda iştirak edən jurnalistlər və ümumən publikanın fəal reaksiyalarından görünür ki,Azərbaycan prezidentinin mülahizələri daha diqqətlə izlənilir və bütün diskussiya prosesinin istiqamət və ideyaları Azərbaycan prezidentinin çıxışlarından hasıl olunur.Qabarıq hiss olunan təzahürlərdən biri Paşinyanın Azərbaycan prezidenti ilə müqayisədə ingilis dilində çox primitiv və səthi danışması oldu.

Paşinyanın fikirlərinin tənqidlərə çox dözümsüz olduğunu zalda əksəriyyət hiss edirdi.Paşinyan sadəcə olaraq sülh danışıqlarının faktiki pozulmasına xidmət edən təxribatçı ideyalarını təkrar eyməklə əslində özünü daha da pis vəziyyətdə qoydu.Məsələn,Paşinyan qondarma DQR-in danışıqlarda tərəf kimi iştirakının zəruri olduğu kimi təxribatçı fikrini yenidən təkrarladı.Əlbəttə, beynəlxalq jurnalist dairələr və diplomatlar məsələnin mahiyyətindən xəbərdar olduqları üçün Paşinyanın aşkar təxribatla məşqul olduğunu dərhal başa düşdülər.Digər tərəfdən,prezident İlham Əliyev Paşinyanın pozucu variantını o qədər aydın ifşa etdi ki,əksər iştirakçılar heç bir beynəlxalq sənəddə Qarabağın münaqişə tərəfi kimi nəzərdə tutulmadığına qəti şəkildə əmin oldular. Prezident Əliyev bildirdi ki ,indiyə qədər bütün Ermənistan rəhbərlərinin əsas məqsədi status-kvonu dəyişməz saxlamaqla münaqişənin sülh yolu ilə həllinə mane olmaq olub.Qarabağda silahlı qüvvələrin azı 80 faizinin Ermənistan silahlı qüvvələrindən ibarət olması barədə Azərbaycan prezidentinin məlumatı Qarabağın Ermənistan tərəfindən işğalının bir fakt olduğunu bir daha bəyan etdi."Prezident Əliyev Paşinyanın onsuz da zəif mövqeyini Münhendə darmadağın etdi...
Aydın Quliyev deyib ki,yerində narahat oturması və böyük publika qarşısına ilk dəfə düşdüyü üçün nə edəcəyini dəqiq bilməyən adamlar kimi qeyri-ixtiyari hərəkətlər etməsi də vizual olaraq sübut edirdi ki,Paşinyan çox dərin diskomfort yaşayır.İştirakçı publikanın da bunları yaxından hiss etdiyini duyan Paşinyan daha çaşqın vəziyyətə düşürdü."
Aydın Quliyev hesab edir ki, Prezident Əliyev münaqişənin həlli üçün dəqiq konseptual mövqeyə malik olduğunu rahat şəkildə ifadə etdiyi halda,Paşinyan heç bir konsepsiyaya malik olmadığını,hətta problemin həllinin əsil mahiyyətini anlamadığını nümayiş etdirdi."Əliyev çox qısa şəkildə mərhələli həllin ən optimal variant olduğunu bir daha göstərə bildi.Rayonlar azad edilməli,köçkünlər qayıtmalı ,sonra status məsələsi həll edilməli bə bu zaman status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışıq salınmamalıdır.Əliyev çox ideal konkret bir platforma təqdim etdiyi halda ,Paşinyan hər kəsin gözləri qarşısında tam silahsız vəziyyətə düşdü.Paşinyanın hazırlıqsızlığı ən qabarıq hiss olunan zəifliklərdən biri oldu."
Siyasi şərhçi daha sonra deyib:"İlham Əliyevin gətirdiyi bütün arqumentlər dəmir məntiq gücü ilə öz işini görürdü.Həqiqətən də yalnız sovet hakimiyyəti dövründə bolşevik Şaumyanın adına adlandırılan Stepanakertin əzəldən nə üçün Azərbaycan mənşəli Xankəndi adını daşıması bu şəhərin heç bir mübahisəsiz erməni şəhəri olmadığına heç kimdə şübhə yeri qoymadı.Paşinyan Azərbaycan prezidenti ilə üz-üzə diskussiyanın növbəti raundunu da bütün dünyanın gözü qarşısında məğlubiyyətlə başa vurdu.Paşinyan Valdayda və Aşqabadda aldığı zərbələrin şokundan ayılmamış növbəti şoka salındı"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi