azia.az
azia.az

Azərbaycan Qoşulmayanlar Hərəkatında artıq yeni tarix yazmağa başlayıb

27-10-2019, 17:04

Azərbaycan Qoşulmayanlar Hərəkatında artıq yeni tarix yazmağa başlayıb
Aydın QULİYEV,
Siyasi şərhçi

Sədrliyin Azərbaycana keçdiyi ilk andan ölkəmizin bu təşkilata nəfəs və can verməsinin əlamətləri özünü biruzə verməyə başlayıb. Bu, şişirdilmiş mülahizə yox, həqiqətdir. Bir neçə real qənaətləri konkret ifadə etmək və ekspertlər arasında fikir mübadiləsi açmaq olar. Beləliklə, hərəkata sədrliyin başladığı ilk anlardan Azərbaycan ümumi prosesə nə verdi? Sualı əsasən Azərbaycan Prezidentinin zirvədəki mıruzəsinin tezisləri əsasında göstərməyə çalışacam.

Əvvala, Prezident dənizə çıxışı olmayan kiçik ölkələrin vahid platforma ilə müdafiəsini təklif etdi və böyük ehtimalla bu istiqamətdə proses başlanacaq.

İkinci, Prezident Beynəlxalq İnkişaf Agentliyi xətti ilə dünyanın bir sıra ölkələrinə yardım göstərdiyini söylədi və bununla Azərbaycanın Qoşulmayan Ölkələr sistemində böyük donorluq hərəkatı başlatmaq gücündə olduğunu nümayiş etdirdi.

Üçüncü, Azərbaycan ilk dəfə Qoşulmayan ölkələr hərəkatı çərçivəsində Gənclərin zirvə görüşünü keçirmək təşəbbüsü ilə çıxış etdi və bunu həyata keçirdi. Deməli, Azərbaycan əslində Qoşulmayan ölkələr hərəkatının strukturlaşdırılmasına faktiki yenilik gətirdi. Xatırladım ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının da strukturuna eynən belə yeniliklər gətirib.

Dördüncü, Prezident 31 ölkədən 47 gəncə Azərbaycan universitetlərində pulsuz təhsil hüququ verildiyini bəyan etməklə əslində Hərəkat çərçivəsində humanitar-mədəni xarakterli yeni proses açdı.

Beşinci, Azərbaycan Prezidenti üzv ölkələrə bir-birini BMT sistemində daha fəal mübarizəyə çağırmaqla Hərəkatın daha mütəşəkkil təşkilata çevrilməsinin və bütövləşməsinin ən yaxın yolunu göstərdi.

Altıncı, beynəlxalq münasibətlər sistemində Qoşulmayanlar Hərəkatının rolunu gücləndirmək çağırışı etməklə Azərbaycan prezidenti Hərəkata faktiki surətdə böyük bir dövr üçün real prioritet istiqamət göstərdi.

Yeddinci, məhz Bakı sammiti bu Hərəkatla başqa beynəlxalq təşkilatların əlaqələrinin qurulmasını və gücləndirilməsini yeni fəaliyyət istiqaməti kimi üzv ölkələrin qarşısında açdı.

Nəhayət, Hərəkatın tarixində ilk dəfə olaraq məhz Azərbaycan iqtisadi,ticarət və investisiya sahəsində əlaqələrin gücləndirilməsi barədə çağırış etməklə Hərəkatın təkcə siyasi-təhlükəsizlik müstəvisində yox, həm də iqtisadi müstəvidə böyük inteqrasiya perspektivinə malik olduğunu nümayiş etdirdi.

Bu istiqamətlərin hər biri Prezident Əliyevin məruzəsində aydın göstərildi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi