azia.az
azia.az

Yevlax sakini nazirliyin verdiyi heyvanlardan imtina etdi: "Bu inəkləri götürmək ağılsızlıq olardı" + VİDEO

5-01-2019, 22:59

Özünüməşğulluq proqramına cəlb edilən və icrasından narazı olan Yevlax rayon Malbinəsi kənd sakini Mahmudov Sərvər Mahir oğlu Yeniavaz.com saytına müraciət edib.
S. Mahmudov deyir ki, 23.05.2018-ci il tarixdə Yevlax Rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata düşüb: "Həyətyanı sahəmdə əlverişli şərait olduğu üçün özünüməşğulluq proqramına qoşuldum və 1 ay kurslarda iştirak etdim. Kursun sonunda imtahanlardan uğurla keçdim. Biznes planımda öz istəyimlə 5000 manat dəyərində 2 yanı balalı heyvan istədiyimi qeyd etmişdim. 13.08.2018-ci il tarixdə özlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri kimi tanıdan şəxslər TIR-a doldurulmuş şəkildə xəstə, iqlim şəraitinə uyğunlaşa bilməyən iribuynuzlu heyvanları vermək üçün gətirdilər. Bu heyvanların qiymətini soruşduqda dedilər ki, 2500 manatdır. Bazarda isə bu malların qiyməti 700-800 manat olar. Ona görə də heyvanları götürməkdən imtina etdim, heç bir sənəd də təqdim etmədilər".
Yevlax sakini nazirliyin verdiyi heyvanlardan imtina etdi: "Bu inəkləri götürmək ağılsızlıq olardı" + VİDEO
Sərvər Mahmudov bildirir ki, bununla əlaqədar əksər dövlət orqanlarına müraciət edib: "Yevlax rayon Malbinəsi kənd sakinləri olaraq mən - Mahmudov Sərvər Mahir oğlu, Sabiq Qurban oğlu, Vaqif Barad oğlu, Nağı Şakir oğlu müvafiq qurumlara müraciət etdik. Onu da qeyd edim ki, kəndimizdə bir nəfərə belə heyvan verilmişdi, o gün eşitdik ki, heyvanı ölüb. Bizə bu heyvanları ona görə verirlər ki, dövlətdən sosial yardım almayaq, iş yeri tələb etməyək. Amma elə heyvan təklif edirlər ki, onu götürmək ağılsızlıq olardı.
Mənim biznesplanımda yazılıb ki, 2 yanı balalı - südlük inək verilsin. Amma bunlar mənə vermək istədikləri heyvanlar sağmal olsalar da, balaları yanında yox idi, ayırıb satıblar.
Yevlax sakini nazirliyin verdiyi heyvanlardan imtina etdi: "Bu inəkləri götürmək ağılsızlıq olardı" + VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mənə verilən cavabda qeyd olunub ki, biznes planda göstərilmiş aktivlər sizə növbəliliklə veriləcək. İl başa çatdı, amma ortada heç nə yoxdur".Sərvər Mahmudov dediklərinə sübut kimi fotoları və videoları da saytımıza göndərib.Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.İstinad:My Webpage



Yevlax sakini nazirliyin verdiyi heyvanlardan imtina etdi: "Bu inəkləri götürmək ağılsızlıq olardı" + VİDEO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi