azia.az
azia.az

Lerikdə qar uçqunu nəticəsində faciə baş verən ailə üçünyeni ev tikilir

28-08-2017, 17:45

Lerikdə qar uçqunu nəticəsində faciə baş verən ailə üçünyeni ev tikilir


Lerikdə qar uçqunu zamanı evi dağılan ailəyə yeni evin tikintisinə başlanıb.

Bu barədə Trend-ə rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.

Qurum rəsmisi bildirib ki, artıq evin tikintisi üçün müvafiq torpaq sahəsi ayrılıb və tikintiyə sərəncam verilib: "Nazirlər Kabineti qərar verib və Maliyyə Nazirliyi tikinti üçün vəsait ayırıb. Yeni ev Lerik rayonunun mərkəzi hissəsində inşa olunur. Tikinti işləri avqustun sonlarına qədər başa çatdırılacaq və sentyabr ayında ailəyə təhvil veriləcək".

H.Məlikov bildirib ki, hələlik ev sahibləri qohumlarının mənzilində məskunlaşır.

Qeyd edək ki, bu il fevralın 23-də Lerikin Orand kəndində Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə qar uçqununun düşməsi nəticəsində ev sahibinin həyat yoldaşı, 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri – 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayev ölüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi