azia.az
azia.az

Artur Rasi-zadədən qar uçqununda evi dağılan ailə ilə bağlı QƏRAR: "Kənddə deyil, şəhərdə..."

15-06-2017, 09:12

Artur Rasi-zadədən qar uçqununda evi dağılan ailə ilə bağlı QƏRAR: "Kənddə deyil, şəhərdə..."


Xəbər verdiyimiz kimi, bu ilin fevral ayının 23-də günorta saatlarında Lerik rayonunun Orand kəndində bir ailənin 4 üzvü evin üzərinə qar yığınının düşməsi nəticəsində facivəi şəkildə həlak olublar.

Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov Unikal.org-a bildirib ki, hadisədən dərhal sonra qar uçqunu nəticəsində dağılmış evin bərpası ilə bağlı akt tərtib edilib, Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə təqdim edilmişdi.

"Baş nazir Artur Rasi-zadə faciə zamanı ailənin sağ qalan üzvlərinin öz istək və arzuları nəzərə alınmaqla Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə göstəriş verib. Artıq ailənin istəyi əsasında Lerik şəhərində onlar üçün məzil tikiləcək. Bunun üçün torpaq sahəsi və kifayət qədər maliyə vəsaiti ayırılıb”.

Xatırladaq ki, bu ilin fevral ayının 23-də Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə qar yığınının düşməsi nəticəsində ev sahibinin həyat yoldaşı, 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri - 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayev ölüb. Beşikdə olan 8 aylıq körpə, Elcan Zöhrab oğlu Mustafayev uçqunun altından huşsuz vəziyyətdə çıxarılsa da süni nəfəs verməklə onu həyata qaytarmaq mümkün olub. Ailənin sağ qalan üzvləri - Mustafayev Əhliman, onun oğlu Zöhrab Mustafayev və nəvəsi Elcan Zöhrabov qohumların evinə yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi