azia.az
azia.az

Şəki sakini üzərinə taxta şalban düşməsi nəticəsində ölüb

16-05-2017, 07:44

Şəki sakini üzərinə taxta şalban düşməsi nəticəsində ölüb


Şəkinin Böyük Dəhnə kəndində bədbəxt hadisə nəticəsində yerli sakin həyatını itirib.

Reportun xəbərinə görə, hadisə 1967-ci il təvəllüdlü Səlimov Qabil Cumali oğlu yaşadığı evin həyətindəki elektrik şalbanının yerini dəyişmək istədiyi zaman baş verib.

Q.Səlimovun bunun üçün taxta şalbanı kəsmək qərarına gəlib, lakin nəticədə şalban onun üzərinə aşıb. Yaralı ağır kələ-beyin travması və bədən xəsarətləri ilə Bakıdakı xəstəxanalardan birinə gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəki şəhər Prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi