Vəkil polis idarəsini məhkəməyə verdi
Vəkillər Kollegiyasının üzvü Cabbar Bayramov Binəqədi Rayon Polis İdarəsini məhkəməyə verib.
![]()
Məlumata görə, bu barədə vəkil Bakı İnzibati Məhkəməsinə müraciət edib.
Belə ki, vəkil yaşayış sahəsinə qeydiyyat məsələsi üzrə - yaşayış sahəsinə qeydiyyatdan çıxarılma barədə tələb irəli sürüb.
İş hakim Səlma Salahovanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Cabbar Bayramov Bakı şəhəri 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərir.
Kamal Məmmədov