azia.az
azia.az

Lənkəranda 20 nəfər SAXLANILDI

24-03-2022, 01:05

Lənkəranda 20 nəfər SAXLANILDI
Azərbaycanda 20 nəfər SAXLANILDI: GÖRÜN KiMLƏR İMİŞ
Lənkəranda son bir ay ərzində keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, soyğunçuluq və oğurluq cinayətləri edən 20 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son bir ayda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 20 nəfər rayon sakini saxlanılıb.
Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə, psixotrop maddə və elektron tərəzilər aşkarlanaraq götürülüb. Həmin şəxslərin ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə onlardan bir neçəsinin soyğunçuluq və oğurluq əməllərinin də üstü açılıb. Belə ki, saxlanılan şəxslərdən ikisinin qabaqcadan əlbir olan bir qrup şəxs halında 72 yaşlı Lənkəran şəhər sakininin pulunu soyğunçuluq yolu ilə ələ keçirdikləri, altı nəfərin isə rayon ərazisindəki evlərdən və digər obyektlərdən çoxsaylı oğurluqlar etdikləri müəyyən edilib. Qeyd edilən faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi