azia.az
azia.az

Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO

17-09-2019, 11:06

Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO

“Dövlət kənd təsərrüfatına çox böyük dəstək, yardım göstərir. Güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar, texnika verilir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə dünya miqyasında fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir. Həm də onlardan vergilər də tutulmur, torpaq vergisi istisna olmaq şərti ilə. Yəni, bu sahəyə maksimum dəstək verilir.”
Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Realliqda bəs necədir? Gəlin təkcə Balakənin timsalında vəziyyətə baxaq, görək prezidentə hər şeyin əla olması baradə yalan statistikanı kim verir, bu rayonda tütün əkən fermerlərin kütləvi bankrot olmasına, dövlətdən incik düşmələrinə səbəb kim olur? Hansə məmurlala iş birliyi nəticəsində bankrot olan fermerlər onlara kredit verən bankların girovuna çevrilib var yoxdan çıxır.
Fermerlərə dəstək verən prezidentin əksinə gedən cinayətkar dəstə üzvləri kimlərdir?
Bilirik ki, Balakəndə kənd təsərrüfatının əsas sahələrindən biri tütünçülükdür.
“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” qəbul olunub ki, bu da tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensialından səmərəli istifadə edilməsi, sahibkarların tütün istehsalına marağının artırılmasını nəzərdə tutur.



Rəsmi dövlət saytlarında bir qədər əvvəl “Azərtütün” MMC-nin Balakən tütün istehsalı və emalı məntəqəsinın rəhbəri rəhbəri Şadnus Məmmədov AZƏRTAC-a gözəl müsahibə verib. Reallıqda isə tam əksinədir. Söhbət etdiyimiz fermerlərin çoxu bildirir ki, fermerlərin müflis olma səbəbi elə Şadnus Məmmədovdur. Hansının ki, elementar aqronomluq bilikləri yoxdur. Sadəcə icra başçısının xeyir-duası ilə bu vəzifəni tutub, sabotajla məşğuldur.
Yuxarıda yazdığımız , dövlət proqramının tam iflası üçün çalışır.
Azerinfo.tv olaraq fermerlərlə söhbətləşəndə bunun səbəblərini izah etdilər. Səbəb sadədir- korrupsiya.
Şikayətçilərdən bir qrupu 36 nəfərdir. İçərilərində Qarabağ əlilləri, azsaylı xalqların nümayəndələri var. Hamısı tütün əkimində müflis olaraq banklardan asılı vəziyyətə düşüblər. Çəkdikləri əziyyət boşa gedib, məhsulları sahələrdə yanaraq məhv olub.
Şikayətçilər deyir ki, əvvəllər “İntertabak” adlı özəl müəssisə tütünü alırmış. Problemlər bu şirkəti “Azərtütün” MMC əvəz etdikdən sonra başlayıb.
Oxuculara aydın olsun deyə sadə dillə problemi başa salaq. Demək həmin bu “Azərtütün” fermerlərə tütün toxuunu satır. Əsasən də “Virciniya” sortunu. Tütünün keyfiyyətindən asılı olaraq 10-25 qəpik arası qəbul məntəqəsində pul verilir.
Fermerlər o tuxumu alır, gübrəni alır, əkini həyata keçirmək üçün “Aqrarkredit” QSC-dən kredit götürürlər. Hər hektar üçün 1800 manat.
Elə fermer var ki, 20 hektar əkib. Bu xərclərin üstünə fəhlə pulu, daşınma xərcləri və sair xərcləri əlavə edin. Böyük zəhmət və böyük xərclər.
Məhsulu təhvil verəndə məlum olur ki, “Azərtütün” MMC bu qədər məhsulu qəbul edəcək gücdə deyil. Yəni müəssisə tutaq ki, 200 hektar ərazinin məhsulu qəbul edə bilər, amma fermerlərə 500 hektarlıq sifariş verilib.



Niyə? Toxumu, gübrəni fermerə satmaq, onları banka kredet girovu salmaq üçünmü? Pulu verəndə işçiləri hər gün gəlir əkin sahələrinə nəzarət edir ki, əkin var, ya yoxdu. Elə ki, təbii falakət oldu, məhsul batdı, yaxud Şadnus Məmmədov kimiləri təxribat edib məhsulu götürməkdən içtina etdi, itirlər. Kredit vaxtı gələndə çökürlər fermerin boğazına.
Demək fermer əla növ tütün yetişdirsə də məntəqə onu qəbul etməkdən imtina edir. Yəni əla növ kimi. Deyir aşağı növdü, kilosuna 10 qəpik verək. Axi bu tütün fermerə mayası 13-14 qəpiyə çıxıb.
Məsələ çox sadədir, “Azərtütün” MMC işçiləri özlərinə yaxın olan bələdiyyə sədrləri, yaxud öz əhatələrindən olan şəxslərin zay, ən aşağı növ məhsullarını belə qəbul edirlər. Özlərinə yaxın olmayan fermerin əla növ məhsulların qəbul etsələr dövlətə özlərinin zay məhsulların soxuşdura bilməyəcəklər.
İmtina edəndə deyirlər ki, sizin məhsullara düzgün aqrotexniki qulluq olunmayıb. Balakəndə hansı fermerin sahəsinə aqronom gedib, dövlət məmurları hansı vaxt bir yardım göstəriblər?
Belə bir şey olmayıb.
Nəticədə 2018-ci ildə yüz min tonlarla məhsul məhv olub, tarlalarda yanıb.
Bu il ondan da betər. Neçə fermer bankrot olaraq ailəsi ac-susuz qalıb.
Bunlar cinayətdir cənablar. Ardı var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi