azia.az
azia.az

Milli Qəhrəmanı Natiq Qasımovu işgəncə ilə qətlə yetirən Vitali Balasanyan sərsəmlədi- QARABAĞA...

Dünən, 23:03


Xocalı qatili Vitali Balasanyan ermənilərin bir gün yenidən Qarabağa qayıda biləcəklərinə ümid etdiyini bildirib.

Ermənistan KİV-nə istinadən xəbər verilir ki, Qarabağdan qovulmuş separatçıların keçmiş rəhbərlərindən olan Balasanyan 9 noyabr tarixli sənədin ləğv edilmədiyini deyib.

"Ümid edirəm ki, bu sənəd tətbiq olunacaq", - deyə Balasanyan bildirib.

Qarabağa qayıtmağın təhlükəsiz olub-olmadığı soruşulduqda, V.Balasanyan dünyanın heç bir yerində mütləq təhlükəsizlik və ya sülh olmadığını qeyd edib.

Təhlükəsizlik zəmanətləri təmin edilərsə, o, Qarabağa qayıtmağa hazırdır. "Əlbəttə ki, mütləq", - deyə Balasanyan əlavə edib.

Vitali Balasanyan Xocalı qətliamını törədənlərdən biridir. O, Xocalıdakı döyüşlər zamanı əsir alınan Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovu şəxsən işgəncə verməklə qətlə yetirib.

Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında Qarabağda separatçılara qarşı antiterror əməliyyatları keçirəndə, Balasanyan Əsgəranda gizlənmişdi. 2023-cü il sentyabrın 28-də o, Qarabağı tərk edərək gizli yollarla Ermənistana qaçıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi