azia.az
azia.az

Paşinyan hökuməti Qarabağdan gedən erməniləri “unudub”

25-08-2024, 13:08

“Hazırda Qarabağdan gələn ermənilərin mənzil təminatı proqramı maksimum 2000 benefisiarı əhatə edə bilər”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikri “Sputnik Ermənistan”-a müsahibəsində Ermənistanın keçmiş əmək və sosial məsələlər naziri, DQR dövlət nazirinin keçmiş müşaviri Mesrop Arakelyan deyib.

Məsələ sadədir, mənzil proqramının benefisiarına çevrilmək üçün Qarabağdan gedən ermənilər  Ermənistan vətəndaşlığını almalıdırlar. Ermənistan vətəndaşlığını qəbul etmiş ermənilərin  sayı isə hələ də 2000 nəfəri keçmir.

Fakt budur ki, hökumət proqram həyata keçirir, lakin yalnız 2 min nəfər benefisiar olur. Hesab edirəm ki, bu fakt kifayətdir ki, həyata keçirilməyən proqramın qəbul edilməsində məsul olan şəxslər vəzifələrindən qovulsunlar. Onlar vaxt, vəsait sərf etdilər, hökumətin iclasında qərar qəbul etdilər, insanlara ümid verdilər, bunu həvəslə təqdim etdilər və indi bütün prosesi iflasa uğratdılar. Əslində heç bir proqram yoxdur. heç kim məsuliyyət daşımır, heç kim səhv etdiyini və səhv proqram hazırladığını etiraf etmir”, - deyə Arakelyan bildirib. 

Mesrop Arakelyan hesab edir ki, proqramın uğursuzluğunun əsas səbəbi Ermənistan vətəndaşlığına malik olmağın məcburi şərt olmasıdır. Onun sözlərinə görə, bu ermənilərin əlində Ermənistan pasportu olduğu üçün bu tələbə ehtiyac yoxdur.
Sabiq nazirin fikrincə,  kinci səbəb proqrama daxil edilən qeyri-real qiymətlərdir:

“Nəzərə alsaq ki, bir nəfər üçün 3 milyon dram ayrılır, o zaman 4 nəfərlik ailə 12 milyon dram alacaq. 12 milyon drama mənzil tapmaq çox çətindir. Teorik olaraq, təbii ki, hansısa kənddə mənzil tapa bilərsiniz. Amma bu problemi həll edəcəkmi?”

O, həmçinin qeyd edir ki, Qarabağdan gedənlər arasında iki nəfərdən ibarət ailələr, məsələn, ən ucqar kəndlərdə belə 6 milyon drama ev tapa bilməyəcək yaşlı cütlüklər var.

“Təklif edirəm ki, hakimiyyət nümayəndələri - nazirlər, deputatlar axtarsınlar, tapılsalar, Qarabağdan gələnlərə 6-12 milyon dram dəyərində mənzillər təklif etsinlər. Bir yolunu tapıb bu mənzilləri videoya çəkib deyəcəklər: “Bax, biz bu çox gözəl mənzili və ya evi 9 milyona tapdıq”. Ola bilsin ki, bu halda şübhəni azalar”,-deyə o bildirib.

Xatırladaq ki, hökumətin mayın 16-da keçirilən iclasında Qarabağdan gedənlərinin mənzillə təminatına dövlət dəstəyi proqramı təsdiq edilib. Layihənin potensial benefisiarları, ilkin hesablamalara görə, 25 min ailə ola bilər. 

Proqram rəsmi olaraq 15 iyun 2024-cü il tarixində başlayıb və 2 ay ərzində proqramda iştirak etmək istəyənlərdən elektron müraciətləri qəbul edilib.

Hökumət bu müddət ərzində nə qədər müraciətin daxil olduğu və onlardan nə qədərinin təsdiqləndiyi barədə məlumat vermir.

Qeyd edək ki, proqramın benefisiarı olmaq istəyənlər ərizə təqdim etməli, bundan sonra benefisiarın ailəsinin hər bir üzvünə mənzil almaq üçün 3-5 milyon dram məbləğində sertifikat təqdim edilməlidir. 

İrəvan da daxil olmaqla 252 yaşayış məntəqəsi üçün adambaşına 5 milyon dram, 150 yaşayış məntəqəsi üçün 4 milyon dram və təxminən 600 yaşayış məntəqəsi üçün 3 milyon dram dəyrində sertifikat verilir.

Alınan əmlakın yaşayış sahəsi adambaşına ən azı 12 kvadratmetr olmalıdır.

Xəzər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi