“Halal nemət” adı ilə kolbasa və sosis istehsal edən şirkət saxta mallar idxal edib - PROTOKOL
"Səhliyalı Kiçik Müəssisəsi"nə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 448-ci (Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Abşeron Rayon Məhkəməsinin hakimi Şəfəq Məmmədovanın icraatındadır.
Xəyal Quliyev