Daha 3 bitərəf deputat seçkidə iştirak qərarı VERDİ
Daha 3 bitərəf deputat seçkilərdə iştirak etmək barədə qərar verib.
VI çağırış Milli Məclisin üzvləri Jalə Əliyeva, Novruzəli Aslanov və Anatoliy Rafailov sentyabrın 1-də keçiriləcək parlamet seçkilərində iştirak edəcək. Bu barədə onlar Modern.az-ın sorğusuna cavab olaraq məlumat veriblər.
Jalə Əliyeva saytımıza açıqlamasında bildirib ki, 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən namizəd olacaq. O, III, IV, V və VI çağırış Milli Məclisin üzvü olub.
Novruzəli Aslanov isə 89 saylı İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürəcək. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti indiyədək 4 dəfə deputat seçilib.
VI çağırışda ilk dəfə deputat seçilən Anatoliy Rəfailov isə 89 saylı Quba-Qusar seçki dairəsindən namizəd olacaq.