azia.az
azia.az

"Respublika Neyrocərrahiyə xəstəxanasının həkimi Aytən Əliyevanın səhlənkarlığına görə sağlamlığımı itirmişəm" - VİDEOŞİKAYƏT

15-05-2024, 08:49

Gəncə şəhəri Kəpəz rayonu Ü. Hacıbəyov küçəsi ev 778 mənzil 31 sakini Səmədova Zeynəb Sadiq qızı tərəfindən

ŞİKAYƏT

Respublika Neyrocərrahiyə xəstəxanasının həkimi Aytən Əliyevanın səhlənkarlığına görə sağlamlığımı itirmişəm.
Ayaqlarımda şiddətli ağrılar olduğu üçün Aytən Əliyevaya müraciət etdim. Aytən həkim isə mənə ayaqlarımda kök hüceyrə olduğunu bildirib və qeyd edib ki, əməliyyat olunsan tam sağalacaqsan. Həkim Aytən Əliyeva cərrahiyyə əməliyatı etmək üçün məndən 3500 manat pul istədi.Qohum-tanışdan borc alıb Aytən Əliyevanın çalışdığı Respublika Neyrocərrahiyə xəstəxanasında əməliyyat olundum. Lakin bu günə qədər heç bir müsbət nəticə olmayıb. Günü-gündən ağrılar şiddətlənməyə başlayıb.
Həkim Aytən Əliyeva öz səriştəsiz əməlinin üstünü ört basdır etmək üçün “Bu adi haldır ağrı kəsici dərmanlar yazaraq məni aldadır.Ancaq bu günə qədər sağalmamışam əksinə səhhətim günü-gündən pisləşir. Verdiyim pulu tələb etsəmdə həkim Aytən Əliyeva “Get hara istəyirsən şikayət et cavabını verir”.
Onuda qeyd edim ki, Aytən Əliyeva pul verib televiziya verlişlərinə çıxaraq özünü reklam etdirib cəmiyyəti aldadır.Belə bir savadsızın həkim kimi fəaliyyət göstərməsi yolverilməzdir.Çünki məndən başqa hələ çoxlu sayda xəstə onun səhlənkarlığının qurbanı olacaq.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Səhiyyə Naziri cənab Teymur Musayevdən və TƏBİB-in İcraçı direktoru cənab Vüqar Qurbanovdan xahiş edirəm 3500 manat pulumu alıb məni səhv müalicə edən həkim Aytən Əliyevanın barəsində ciddi tədbirlər görəsiniz.

Facebook-da paylaş


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi