600 bal toplayanlara 6 manatlıq saat hədiyyə edən başçını tanıyın - FOTO
Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov cari ildə ali məktəbə qəbul olan tələbələrlə görüş keçirib.
Azia.az Unikal.az-a istinadən xəbər verir ki, icra başçısı tələbələrə "qiymətli" hədiyyələr verib. Rayon icra hakimiyyətinin paylaşdığı məlumatda qiymətli adlandırılan hədiyyələr sadəcə uşaq saatından ibarət olub. Sözügedən saatın satış dəyəri isə 5.80 manatdır.
Bildirilib ki, həmin saatlar da sadəcə 600-dən çox nəticə göstərmiş tələbələrə verilib. Qeyd edək ki, 2022-2023-cü tədris ilində rayon üzrə 7 nəfər 600-dən yuxarı bal toplayıb.
Ucarın icra başçısı Mənsur Məmmədov bu il ali məktəblərə qəbul olmuş tələbələrə dəyəri 5 manat 80 qəpik olan oyuncaq saatlar hədiyyə edib. pic.twitter.com/9EdPKhXX2d
***
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Mansur Məmmədov bildirib ki, bu xatirə hədiyyəsidir: "Hədiyyənin qiymətinə baxmazlar. Həmin tədbir zamanı onların özlərinə də bildirildi ki, bu, sadəcə xatirə üçündür. Məqsəd tələbələri təbrik etmək idi", - deyə o qeyd edib.