azia.az
azia.az

"Artıq Zabux və Susda dağıdılmış və yandırılmış evlərin söküntü işləri yekunlaşmaq üzrədir"

11-02-2023, 14:54


2022-ci ilin avqust ayının 26-dan etibarən Laçın rayonun şəhər mərkəzi, həmçinin Zabux və Sus kəndləri ermıni işğalından tamamilə azad edildi. Bundan sonra cənab Prezident İlham Əliyevin şəhərə səfəri oldu, ölkə başçısı şəhər mərkəzində Azərbaycan bayrağını qaldırdı və buradan öz mesajlarını çatdırdı”.

Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin Laçın rayonndan seçilmiş deputatı Mahir Abbaszadə deyib.
 
Onun sözlərinə görə, ölkə başçısının Azərbaycan xalqına mesajlarında şəhərin yenidən bərpa olunacağı, Laçında, həmçinin Zabux və Sus kəndlərinə əhalinin qayıdışının təmin olunacağı öz əksini tapırdı:
 
“Bununla bağlı, Laçın rayonunun şəhər mərkəzində hal-hazrda 600-ə yaxın evin təmir-bərpa prosesi həyata keçirilir, kommunikasiyalar bərpa edilir. Rayonda 2 nömrəli tam orta məktəbin təmir edilib, istifadəyə verilməsi ilə bağlı dövlət büdcəsindən Prezidentin sərəncamına əsasən Elm və Təhsil Nazirliyinə vəsait ayrılıb, bərpa prosesləri həyata keçirilir”.
 
“Eyni zamanda, Zabux və Sus kəndlərində də bərpa və quruculuq işləri həyata keçirilir. Bununla bağlı da cənab Prezidentin sərəncamına əsasən, vəsait ayrılıb. Artıq Zabux və Susda ermənilər tərəfindən dağıdılmış və yandırılmış evlərin söküntü işləri yekunlaşmaq üzrədir ki, bu ərazilərdə bərpa quruculuq işləri başlayıb”-deyə, millət vəkili vurğulayıb.
 
Əlavə edib ki, təxminən bu ilin iyul, avqust aylarında həm Laçın rayonunun şəhər mərkəzinə, həm də Zabux və Sus kəndlərinə əhalinin ilkin köçürülməsi başlayacaq: “İlkin mərhələdə Laçın rayonunun şəhər mərkəzinə təxminən 600 ailə, Zabux kəndinə 223 ailə, Sus kəndinə isə 73 ailə köçürüləcək”.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi