azia.az
azia.az

“Veysəloğlu”nun 35 min avro maaş alan əcnəbi “revizor”u… – Direktor və xanımı hər ay 30 min manat əmək haqqı alır…

13-12-2021, 09:16

Aydın Talıbovun şirkəti vergidən nə qədər yayınır ?

“Veysəloğlu”nun 35 min avro maaş alan əcnəbi “revizor”u… – Direktor və xanımı hər ay 30 min manat əmək haqqı alır…

Aydın Talıbov ARAZ-da vaxtı keçmiş, köhnə məhsulları OBA-da satdırır…


“Veysəloğlu” Şirkətlər Qrupunun prezidenti Aydın Talıbovun şəxsən özünün dilindən çıxan məlumatlardan bəlli olur ki, 17 min işçisi var, təkcə “Araz” və “Oba”nın ikisinin bir yerdə birgünlük müştəri sayı 640 min nəfərə çatır, şəhər və rayonlarda marketlərinin sayı 300-ü keçib, onlarla supermarketlər, minimarketlər, böyük satış anbarları var.

Bunları Aydın Talıbov öz müsahibəsində deyib.

Bizim bu müsahibə ilə bağlı zaman-zaman Aydın Talıbova suallarımız olacaq.

O suallara keçməzdən öncə məlumat üçün qeyd edək ki, Veysəloğlu şirkətlər qrupunun tərkibində 250 ARAZ marketi və 1140 ( ?) OBA marketi var. Hətta deyilənə görə, “Favoriti” də öz nəzarətinə keçirib.

Aydın Talıbovun qardaşı da şirkətdə müavin-vitse prezident postunu tutur.

Məlumata görə, Aydın və qardaşı illər öncə “Neftçilər” və “ 28 May” metro stansiyalarının ətrafında “şmotka” alveri ilə məşğul imiş.

ARAZ marketlərləri ticarət qrupunun baş direktoru Rəşad adlı şəxsdir.

Rəşadın həyat yoldaşı isə Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının 7 üzvündən biridir.

Baş direktor olan Rəşad hər ay 30 min manat maaş alır. Həyat yoldaşı da eyni miqdarda əmək haqqı alır.

OBA marketlərinin rəhbəri isə Vüsal adlı şəxsdir.

Deməli, bir məsələyə diqqət yetirək.

Veysəloğlunun sahibi olan Aydın Talıbov insanlara qarşı çox iyrənc bir metoda əl atıb.

Belə ki, ARAZ imkanlı şəxslər üçün nəzərdə tutulub, OBA marketləri isə əsasən kasıb təbəqənin yaşadığı ərazilərdə fəaliyyət göstərir. Bu çox iyrənc diskriminasiyadır.

Ən dəhşətlisi odur ki, ARAZ marketlərində vaxtı keçmiş, köhnəlmiş məhsullar OBA-da kasıb əhaliyə satılır. Kasıb insanların yaşadığı ərazilərdəki xırda dükanların hamısını Aydın Talıbov məhv edib. Yəni bu adamın xislətində sanki mərdimazarçılıq var.

Digər vacib məlumat odur ki, ARAZ və OBA marketlərində çalışan müdirlərin çoxu orta təhsillidir. Yəni Aydın Talıbov niyə ali təhsillilərə deyil, orta təhsillilərə üstünlük verir. İşə isə əsasən 18-35 yaş həddində olanlar qəbul edilir. Bu özü də əmək məcəlləsinə ziddir, həm də vətəndaşların hüquqlarını pozur.

Aydın Talıbov hətta xaricdən əcnəbi mütəxəssis gətirərək, şirkətin işçilərinin üzərinə nəzarətçi qoyub.

Belə ki, ARAZ və OBA marketlərini idarə etmək və satışa nəzarət üçün xarici vətəndaş ayda 35 min yevro maaş alaraq bizim vətəndaşlara sanki “nadzor”luq edir.

Onu da qeyd edək ki, Aydın Talıbovun marketlərində qiymətlər çox bahadır və son 4 ay ərzində qiymətlər 40 faiz bahalaşıb.

Yəni ölkə başçısının qəti tapşırığına baxamayaraq Aydın Talıbov qiymətləri süni şəkildə bahalaşdırıb.

Deməli, məlumatlı mənbənin dediyinə görə, Aydın Talıbovun “yoxlama-təftiş” üçün xaricdən dəvət etdiyi “əcnəbi Revizor” şirkətdə əməlli-başlı diskomfort yaradıb, müdirlərin çoxu sancıya, qarınağrısına düşüblər.

Bəli, bu yazdıqlarımızın hamısı Veysəlinoğlunun “daxili mətbəxindən” gələn məlumatlardır.

Bizim isə Aydın Talıbova xeyli suallarımız olacaq.

Zamanı çatdıqca sualları ona ünvanlayacağıq.

Hələ bu gün üçün sualımız belədir:

Cənab Aydın Talıbov, əcnəbiyə verdiyin 35 min yevro maaşın neçə faizi mühasibatlıq sənədlərində öz əksini tapır.

Bu sual eyni zamanda 30 min manat maaş alan direktor Rəşada və onun Müşahidə Şurasının üzvü olan xanımına da aiddir.

Ümumiyyətlə, təkcə əmək haqqına görə, vergidən nə qədər yayınırsan ?

Deyirsən 17000 işçim var. Ən yaxşı halda sübut emək olar ki, hər ay əmək haqqına görə, 2-3 milyon dövlətə ziyan vurursan.

Digər vacib suallarımız isə qalsın növbəti yazıya.

Gündəlik – Baku.com

[media=https://www.youtube.com/watch?v=XV6d7z3Dhvs]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi