Beynəlxalq Bank qazilərə kələk gəlməkdə heç də ”Kapitalbank”dan geri qalmır - NARAZILIQ!
Banklar aztəminatlı şəxslərə ödənilən yardımdan haqq tuturlar
Azərbaycanda banklara inamsızlıq , “əmanətə xəyanət” o həddə çatıb ki, heç kəs əmanət amacı ilə pul
yatırmağa maraqlı deyil. Gerçəkdə banklar yalnız əmək haqqı, xidmət, rüsum, sosial ödəmələrdə
vasitəçi rolunu oynamaqdan özgə bir şeyə yaramır. İstehlak kreditləri ikirəqəmli faizlərlə təklif
edildiyindən populyar deyil, iş, biznes kreditlərindən isə heç danışmağa dəyməz. “Şapka”sından
tutmuş mülkiyyətin bankın hesabına keçməsinə kimi xərclər insanları intihara sürükləməkdədir .
Valyuta dəyişməyə gəldikdə isə, ona da anonim əl qadağa qoyduğundan, vətəndaşlar banklara
bankomat kartları vasitəsilə baxırlar. Di gəl, bu sahədə də komissiya haqları müştərilərin boğazına
ortaq olub. Özü də ianələrdən , təqaüdlərdən, sosial ödəmələrdən və s. komissiya haqqı nəzərdə
tutulmadığı halda, buna da əməl edilmir.
Azərbaycan Beynəlxalq Bankında hesab açdıran Qarabağ qazisinə Nizami bank filialında pulsuz
verilməli karta 10 manat ödəməklə hesabına daxil olan vəsaitlərdən faiz tutulmayacağı bildirilib və
son aya kimi bu şərtə əməl edilib. Lakin 8 ay qabaq PA-dan qazinin bank hesabına daxil olan vəsaitdən
100 manata yaxın komissiya haqqı tutulub. Ali dövlət hakimiyyəti orqanlarına , Mərkəzi Bankın
rəhbərliyinə şikayət edən bank müştərisinə ABB-nin idarə heyətinin sədr müavini Aqşin Əmirov
02.08.2021 -ci il və Daxili nəzarət departamentinin direktoru Taleh Nəhmədov 04.08.2021-ci il tarixli
eyni məzmunlu elə cavab veriblər ki, “dedığım dedığdır” yetkisi bağışlayır. ABB rəsmiləri “bildirmək
istəyib ki, ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏRƏ ƏSASƏN ÖDƏNİŞ KARTLARINDAN APARILMIŞ
KÖÇÜRMƏ VƏ DİGƏR KÖÇÜRMƏ VASİTƏSİLƏ ƏMƏK HAQQI, SOSİAL MÜAVİNƏT, TƏLƏBƏ TƏQAÜDÜ
VƏ ABB -DƏ NAĞD VƏSAİTİN ALINMASINA GÖRƏ KOMİSYON HAQQI TUTULMAYAN KARTLARIN
HESABINA DAXİL OLUNMUŞ VƏSAİTƏ GÖRƏ 0.5 % KOMİSSİYA HAQQI TƏYİN OLUNMUŞDUR”. ABB
açıq-aşkar dövlətin sosial siyasətinə qarşı çıxır. Necə (yəni, ) KOMİSYON HAQQI TUTULMAYAN
VƏSAİTƏ KOMİSSİYA HAQQI TƏYİN OLUNUB? Bəs İqtisadiyyat Nazirliyi və yanındakı Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Vergi Xidməti, ƏƏSMN, NK, MM, PA-nın özü hara baxır?
Şikayəti barəsində şikayət edilən quruma göndərməklə iş bitmir axı! Bu cavab vətəndaşı, istehlakçını
qane etmir, bəs dövlətin sosial-iqtisadi siyasətinə cavabdeh olan qurumlarını necə, qane edir,
məmnun salır? Bu nə deməkdir, KOMİSYON HAQQ TUTULMAYAN VƏSAİTLƏRƏ BEYNƏLXALQ BANK
0.5 FAİZ KOMİSSİYA HAQQI TƏYİN EDİB? “Erməni budaq cümləsi”ndən nəsə başa düşürsünüz?
Azərbaycan Beynəlxalq Bankının və digərlərinin adi valyuta dəyişmədə də xidmətdən imtinaları
faktdır. Bankların “sosial reketlik” siyasəti elə “qıcqırıb” ki, məhkəmələrlə qeyri – prosessual “sosial”
ilişgiyə girib, komissiya haqqı ödəməklə məhkəmə toxunulmazlığı hüququ əldə ediblər. Bankların
ianələrdən qazandıqlarını məhkəmələrə ödəməkdənsə, aztəminatlı müştərilərinə güzəşt etmələri
daha məntiqli olmazmı? Biz hələ biznes -iş qurumları kimi özlərinin sosial yardım paketini demirik.
Məğrur Bədəlsoy
Teref.az