Azərbaycanın Milli Qəhrəmanı komaya düşüb - Vəziyyəti ağırdır
Xəbərə görə, o, komaya düşüb.
Milli Qəhrəman “Yeni Klinika”ya yerləşdirilib. Hazırda onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Xatırladaq ki, Əliyev Ehtiram İsrayıl oğlu 1972-ci il avqustun 1-də Ucar rayonunun Qəzyan kəndində anadan olub.
Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə E.Əliyev "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.