azia.az
azia.az

UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün “Linkoln”la cavab oyununa çıxacaq

19-07-2023, 09:00

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” cavab oyununa çıxacaq.

Ağdam təmsilçisi Cəbəllütariq çempionu “Linkoln”la münasibətlərinə aydınlıq gətirəcək. Qurban Qurbanovun kollektivi rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Albaniyalı hakim Eldorjan Hamitinin idarə edəcəyi görüş saat 20:00-da start götürəcək.

Bu komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
19 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllütariq)
Baş hakim: Eldorjan Hamiti (Albaniya)
Bakı Olimpiya Stadionu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi