azia.az
azia.az

Hacıbala Abutalıbovun adamı daha bir vəzifəsini itirdi - FOTO

24-08-2021, 15:15

Hacıbala Abutalıbovun adamı daha bir vəzifəsini itirdi - FOTO
Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sabiq müavini Fidumə Hüseynova Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvlüyündən çıxarılıb.

Azia.az qaynarinfo-ya istinadən xəbər verir ki, onu bu vəzifədə Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Elgin Şirin oğlu Həbibullayev əvəz edib.

Qeyd edək ki, F.Hüseynova 2005-ci ildən 2021-ci ilin mart ayınadək Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini olub.

Xatırladaq ki, 2001-ci ildən 2018-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi