azia.az
azia.az

“Metroda bomba var” deyən adama güzəşt etmədilər

28-08-2017, 17:45

“Metroda bomba var” deyən adama güzəşt etmədilər


Bakı Apellyasiya Məhkəməsində terrorçuluq haqda bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsəsən, hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Saray qəsəbəsində yaşayan, İmişli rayon sakini 1977-ci il təvəllüdlü F.İsmayılov 102 xidmətinə zəng edərək metroya bomba qoyacağını deyib. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirəndirilir. Məhkəmə ifadəsi zamanı polisə zəng edərkən sərxoş olduğunu deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.İsmayılov 5 il müddətə azadlıqdan məhrum edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi