azia.az
azia.az

UEFA-dan ŞOK TƏYİNAT: "Qalatasaray"ın oyununa rusiyalı hakim...

23-02-2016, 19:20

UEFA-dan ŞOK TƏYİNAT: "Qalatasaray"ın oyununa rusiyalı hakim... Avropa Liqasında “Qalatasaray”ın çətin “Latsio” səfərinə rusiyalı hakim təyinat alıb.
Sabahdan Avropa Liqasının 1/16 final mərhələsində cavab oyunlarına start veriləcək.
“Qalatasaray” isə Romada “Latsio”nun qonağı olacaq. İstanbulda qollu heç-heçəyə edən “aslanlar” mübarizəni davam etdirmək üçün ya qələbə qazanmalı, ya da bol qollu bərabərliyə nail olmalıdır. Oyunun baş hakimi rusiyalı referi Vladislav Bezborodov olacaq.
Türkiyənin Avroliqadakı digər təmsilçisi “Fənərbaxça” öz meydanında 2 cavabsız qolla məğlub etdiyi “Lokomotiv”lə bu dəfə Moskvada üz-üzə gələcək. Türkiyədə olduğu kimi, ruslar da qarşılaşma zamanı hər hansı bir xoşagəlməz hadisənin baş verməməsi üçün təhlükəsizlik tədbirlərini gücləndiriblər. Həmçinin UEFA da Moskvaya əlavə nümayəndə göndərəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi