azia.az
azia.az

IV İslam Həmrəyliyi Oyunlarının biletləri artıq satışda

19-03-2017, 16:14

IV İslam Həmrəyliyi Oyunlarının biletləri artıq satışda


Bu gün "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarılıb.

Trend bu barədə "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının rəsmi saytına istinadən məlumat verir.

Bu münasibətlə martın 19-da Bakıda tədbir keçirilib. Tədbirdə "Bakı-2017"nin ulduz səfirləri Tünzalə Ağayeva və hacı Nuran, idmançı səfirlər - ikiqat Paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev və taekvandoçu Fəridə Əzizova və paytaxtın qonaqları iştirak ediblər.

Qeyd edək ki, bu möhtəşəm tədbirdə bütün idman növləri üçün biletlərin qiyməti 2-5 AZN arasında dəyişəcək.

Xatırladaq ki, mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Oyunlara dünyanın 55 ölkəsindən atletlər qatılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi