azia.az
azia.az

Araz Abdullayev bu suala cavab verə bilmədi

2-10-2016, 10:14

Araz Abdullayev bu suala cavab verə bilmədi
Topaz Premyer Liqasının VII turunda "Kəpəz"ə qalib gələn "Neftçi" 5 oyunluq məğlubiyyət seriyasını nəhayət sona çatdırıb

Oyun başa çatdıqdan sonra "ağ-qaralar"ın kapitanı Araz Abdullayev apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Uzun müddətdən sonra qələbə qazandınız, oyun haqqında nə deyə bilərsiz?

- Ardıcıl neçə oyunu məğlub başa vurmuşduq. Bu görüşə də tam diqqətimizi vermişdik ki, qalib gələk. Tədricən oyunumuz da düzəlir, daha çox top saxlaya bilirik. Yaxşı hücumlar qura bilirik ki, bunun da bəhrəsi olaraq qollarımızı vurduq. Düzdür, oyun çətin keçdi, ancaq komanda artırmağa davam edir. 15 günlük ara olacaq, onda da çalışacağıq zəif yerlərimizi gücləndirək.

- Sizcə, uğurda əsas səbəb nədir? Rəhbərlikdəki dəyişiklik, yoxsa məşqçi dəyişikliyi?

- İndi komandada əhval-ruhiyyə daha yaxşıdır. Bu qalibiyyətlə bir az da düzələcək. Deyərdim ki, məşqçi dəyişikliyinin rolu oldu. Hələ çox məşq etməliyik ki, lazım olan səviyyəyə çataq.

- Öz oyununu necə qiymətləndirirsən?

- Buna qıraqdan baxanlar qərar verə bilər. Özüm haqqımda danışmağı sevmirəm. Zəif yerlərim var, çox işləməliyəm ki, bunları aradan qaldırım.

- Səncə, sənin ən zəif yerin hansıdır?

- Məncə bunu məşqçilər və qıraqdan baxanlar daha yaxşı bilərlər. Fiziki çatışmazlıq tədricən arada qalxır.

- Oyundan sonra qələbəyə çılğınca sevinirdiz...

- Çünki ardıcıl neçə oyun idi ki, qələbəyə həsrət idik. Komanda yoldaşlarıma da təşəkkür edirəm, vuruşduq, nəhayət qələbə qazana bildik.

- Bir kapitan kimi, səncə, komandanın uğur qazanmasına mane olan futbolçular kimlərdir?

- Bu sual bir az... (cavabdan yayınır)

- Qarşıdan millinin oyunu var...

- Evdə oynayırıq, azarkeşlər də millidən qələbə gözləyirlər. Düşünürəm ki, yaxşı nəticə göstərə bilərik. Çalışıram ki, "Neftçi"dəki vəziyyət millidəki mövqeyimə təsir eləməsin.

- Mahir Şükürov hazırda komandanın oyunçusu olmasa da, sizinlə birgə məşq edir. Bu, əlavə stimul oldu sizin üçün?

- Əlbəttə. Mahir "Neftçi"nin oyunçusu, kapitanı olub. Bizimlə birlikdə məşq edir. Düşünürəm ki, komandaya qoşulsa, bizə çox xeyri dəyər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi