azia.az
azia.az

UEFA prezidenti vəzifəsinə namizədlər açıqlandı

23-07-2016, 06:45

UEFA prezidenti vəzifəsinə namizədlər açıqlandı UEFA prezidenti vəzifəsinə namizədlərin yekun siyahısı açıqlanıb.

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, son müddət kimi qoyulan iyulun 20-dək 3 namizəd qeydiyyatdan keçib.

Aleksandr Çeferin (Sloveniya Futbol Federasiyasının prezidenti), Mixael van Praq (Hollandiya Futbol Assosiasiyasının prezidenti) və Anxel Mariya Vilyar (İspaniya Futbol Federasiyasının prezidenti) Avropa futbol qurumuna rəhbərlik uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, UEFA prezidenti seçkisi sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada təşkilatın növbədənkənar konqresi çərçivəsində keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi