Rusiya dronlarına görə hava məkanını bağladılar
Moldovanın hava məkanı noyabrın 17-də Ukraynaya kütləvi Rusiya hücumları fonunda iki dəfə pozulub.
Xəbər verilir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.
Daha sonra həmin dron ölkənin hava məkanını tərk edib, saat 16:02-də isə Moldova hava məkanını ikinci dəfə pozub.
Bundan sonra Kişinyovun Botanika sektoru istiqamətində hərəkət edən “Shahed” tipli dron barədə məlumat daxil olub. Təhlükəsizlik səbəbindən Moldova hakimiyyəti saat 16:27-də ölkənin bütün hava məkanından istifadəyə məhdudiyyət qoyub./modern