azia.az
azia.az

Bu gecə ölüm-qalım savaşı olacaq

5-04-2016, 10:46

 Bu gecə ölüm-qalım savaşı olacaq Bu gecə Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki oyunu keçiriləcək. “Barselona” “Atletiko” Madrid ilə, “Bavariya” isə “Benfika” ilə qarşılaşacaq. Hər iki matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
İspaniya çempionatında zirvə uğrunda bir-birinin əsas rəqibi olan “Barsa” ilə “Atletiko” Çempionlar Liqasında da ölüm-qalım savaşına çıxacaqlar. “Döşəkçilərin” əsas məqsədi səfərdən sərfəli nəticə ilə dönməkdir. Bunun üçün isə ilk növəbədə hədəf qapının toxunulmazlığını qorumaq olacaq. Katalon təmsilçiləri isə doğma divarlar amilindən yararlanaraq cütün taleyini ilk oyundaca həll etmək niyyətindədir. Tərəflər arasındakı son 6 oyunun heç birində “Atletiko” qalib gələ bilməyib.
Turnirin əsas favoritlərindən olan “Bavariya” isə Münhendə “Benfika”nı sınağa çəkəcək. Bu dueldə almanların şansı daha yüksək qiymətləndirilir. Münhen klubu iki zədəli oyunçusunun yoxluğuna üzülə bilər. Belə ki, Jerom Boatenq və Holqer Badştuberin olmaması Pepe Qvardiola üçün müdafiə baxımından arzuolunan hal deyil. Üstəlik Medhi Benatia və Aryen Robbenin çıxışı da sual altındadır. “Benfika”nın heyətlə bağlı problemləri daha böyükdür. Julio Sezar, Lisandro Lopes, Luizao və Nuno Santos Almaniyaya aparılmayıb.
Çempionlar Liqası, 1/4 finalın ilk oyunları
"Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya)
"Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya)
Sabah isə PSJ ilə “Mançester Siti” qarşılaşacaq. “Volfsburq” isə “Real Madrid” ilə üz-üzə gələcək.
PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə)
"Volfsburq" (Almaniya) - "Real" (Madrid, İspaniya)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi