“Dinamo” məğlub oldu, PSV “Atletiko” ilə sülhə razılaşdı
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
“Dinamo” (Kiyev) doğma meydanda “Mançester Siti” lə qarşılaşıb. Oyuna qonaqlar fəal başlayıblar. Əvvəlcə 15-ci dəqiqədə Aquero fərqlənib. 40-cı dəqiqədə isə Silvanın zərbəsi dəqiq alınıb.
58-ci dəqiqədə Buyalski ingilislərin qapısına yol tapıb. Lakin sonuncu dəqiqədə Ture oyunda son nöqtəni qoyub – 1:3.
Digər matç isə Niderlandda baş tutub. Yerli PSV “Atletiko”nu (Madrid) qəbul edib.
68-ci dəqiqədə meydan sahibləri azlıqda qalıblar – Pereyro ikinci sarı kart alaraq meydanı tərk edib. Oyunda qapılar toxunulmaz qalıb – 0:0.