azia.az
azia.az

AMEA-nın Dendrologiya İnstitutunun 2018-cı il üçün elmi və elmi-təşkilati fəaliyyəti

3-05-2019, 13:55

AMEA-nın Dendrologiya İnstitutunda 2018-cı ildə 165 nəfər işçi, o cümlədən, 1 AMEA-nın müxbir üzvü, 3 elmlər doktoru, 14 fəlsəfə doktoru, 54 elmi işçi çalışır. 8 elmi-tədqiqat laboratoriya fəaliyyət göstərir. İnstitutda 2018-ci ildə 1 problem, 8 mövzu, 8 iş və 35 mərhələ üzrə elmi tədqiqat işləri aparılmışdır. Hazırda 7 doktorant, 9 dissertant və 4 magistrant institutun əməkdaşı olaraq, müvafiq mövzular üzərində çalışır. Cari ildə 1 əməkdaş biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. İnstitutun 1 doktorantı Türkiyənin Pamukkale Universitetinin Bioloji bölümündə elmi-praktiki təcrübə keçmişdir. 7 mövzu üzrə elmi seminarlar keçirilmişdir. 2018-ci ildə elmi-tədqiqat işləri Azərbaycan Respublikasının Prezidentinin, Nazirlər kabinetinin qərar və sərancamları, Dövlət proqramları, Fəaliyyət planları, Milli strateqiya və s. uyğun aparılmışdır.
AMEA-nın Dendrologiya İnstitutunun 2018-cı il üçün  elmi və elmi-təşkilati fəaliyyəti
2018-cı ildə aparılan elmi tədqiqat işləri üzrə landşaft memarlığı, dendroxronologiya, introduksiya, bitki ekologiyası və bitki mühafizəsi, tibbi botanika və fitoterapiya üzrə bir çox nəticələr əldə edilmişdir, əsasları aşağıda təqdim olunur:

· Ranunculaceae Juss. (Qaymaqçiçəklilər), Rhamnaceae Juss. (Murdarçakimilər) və Rosaceae Juss. (Gülçiçəklilər) fəsilələrinin növlərinin A.Enqler-Prantl və 2009-cu ildə qəbul edilmiş APG III-IV sistemlərinə əsasən taksonomiyası, təyinedici açarları, ümumi yayılma arealları, botaniki təsviri, ekoloji mühit amillərinə münasibəti və tətbiq sahələri öyrənilmiş və nəticədə “Azərbaycan dendroflorası” beş cildliyinin I, II və III cildlərin davamı olaraq IV cildində ətraflı göstərilmişdir.

· İtburnu cinsinə aid 64 növ sistematik təhlil edilmiş, təyinedici açarları, botaniki təsviri, yayılma arealları, ekologiyası, təsərrüfat əhəmiyyətliliyi elmi əsaslarla verilmişdir. Tədqiqatın nəticəsi olaraq “Azərbaycanda İtburnu cinsi növlər təbii və mədəni şəraitdə” kitabı hazırlanmışdır.

· Alçaqboylu banan (M.acuminata Colla), Havana papayası (Solo papaya L.), Hindistan manqosu (Mangifera indica L.), Amerika avokadosu (Persea americana Mill.) növləri Abşeron şəraitində çoxaldılmış, bioekoloji xüsusiyyətləri öyrənilmiş və məlum olmşdur ki, qışda şaxtadan mühafizə edilməklə Abşeronda park və bağların yaşıllaşdırılmasında istifadə edilə bilər.

2018-ci ildə 115 elmi əsər, o cümlədən 2 kitab, 1 monografiya, 60 məqalə, 51 tezis dərc olunmuşdur. 19 məqalə, 24 tezis xarici mətbuatda, 8 məqalə İmpakt Faktor jurnallarında, onlardan 2-si Web of Science bazasına daxil olan jurnallarda dərc edilmişdir. Kitablar:¨T.S.Məmmədov “Azərbaycan dendroflorası” IV cild, “Elm”, 2018;¨T.S.Məmmədov “Azərbaycanda itburnu cinsi növlər təbii və mədəni şəraitdə” “Elm”,2018;¨H.H. Əsədov “Nanoquruluşlar bioliogiya və kimyada” “Elm”, 2018.

2018-cı ildə Beynəlxalq əlaqələrimiz hər zaman olduğu kimi genişləndirilmişdir, MDB, ABŞ, Avropa və s. ölkələrin universitetləri və elmi-tədqiqat təşkilatıarı, ümumilikdə 30 ölkə və 6 beynəlxalq təşkilatla əməkdaşlıq edilir (Dünya Botanika Bağları Cəmiyyəti, Rusiya Elmlər Akademiyasının N.V. Tsitsin adına Baş Botanika Bağı, Missuri Botanika Bağı, Polşa EA Dendrologiya İnstitutu, Türkiyənin universitetləri və s.). Əməkdaşlarımız Türkiyə, İsveçrə, Ukrayna və s. ölkələrdə beynəlxalq konfranslarda məruzələr ilə iştirak etmişlər.

AMEA Dendrologiya İnstitutu birgə multidisplinar yönümlü tədqiqat işlərinin aparılması məqsədilə elmi əməkdaşlıq çərçivəsində yuxarda sadalanan xarici və yerli elmi tədqiqat müəssisələri, (KTN-ın, ETSN-ın elmi-tədqiqat institutları) xüsusi ilə regional elmi mərkəzlər, elm və təhsilin inteqrasiyası sahəsində isə Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti ilə bağlanmış müqavilələrə əsasən birgə elmi tədqiqat işləri aparmışdır. İnstitutda bir sıra universitetlərin kafedraları açılmışdır.

İlk dəfə Abşeron şəraitində 25-dən artıq növün introduksiyası nəticəsində perspektivliyi qiymələtndirilmiş və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi və Xəzər rayon İH ilə birgə yeni salınan parkların yaşıllaşdırılmasında əraziyə uyğun ağac-kol bitkiləri seçilmiş, qruplaşdırılmış , landşaft memarlığı və ümumi yaşıllaşdırmada tətbiq edilmişdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi